Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana rəsmi səfər edib
13.09.2014 [10:58]
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 12-də “Bakı Ağ şəhər” layihəsi ilə tanış olub.
Baş nazir İrakli Qaribaşviliyə “Bakı Ağ şəhər” layihəsi haqqında ətraflı məlumat verilib. Layihənin İnkişaf Departamentinin rəhbəri Fuad Verdiyev bildirib ki, burada şəhərsalma işləri Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı” çərçivəsində həyata keçirilir. “Bakı Ağ şəhər”in təməl daşı 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Layihənin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici şirkətlərin əməkdaşları da iştirak edirlər. Bildirilib ki, layihə “MİPİM Asia Awards 2011” müsabiqəsinin “Mərkəzi və Qərbi Asiyada gələcəyin ən yaxşı layihəsi” nominasiyasının qalibi olub, habelə “Cityspace Global 2011” sərgisində “Ən yaxşı şəhərsalma layihəsi” nominasiyasında mükafat alıb.
“Bakı Ağ şəhər” layihəsi Gürcüstanın Baş nazirində böyük maraq doğurub.
* * *
Sentyabrın 12-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizdə və regionda ilk dəfə keçirilən Azərbaycan Beynəlxalq müdafiə sənayesi - “ADEX 2014” sərgisi ilə tanış olub.
Bakı Ekspo Mərkəzində nümayiş olunan sərgi barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə ətraflı məlumat verilib. Bildirilib ki, sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir.
Gürcüstanın Baş naziri əvvəlcə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin stendinə baxıb. Sərgiyə 37 şirkətlə qatılan Azərbaycan irimiqyaslı ekspozisiyası ilə fərqlənir. Azərbaycan “ADEX 2014”də 168 adda məmulat nümayiş etdirir.
Baş nazir Türkiyə, Rusiya, Belarus, Koreya Respublikası, Polşa, İsrail və Ukraynanın milli qruplarının ekspozisiyaları ilə də tanış olub.
Gürcüstanın Baş nazirinə məlumat verilib ki, bu sərgi milli hərbi sənaye potensialının nümayişi, hərbi sənaye kompleksinin müxtəlif sahələrində istifadə olunan müasir müdafiə texnologiyaları və nümunələri, o cümlədən də ən yeni hərbi texnika növləri ilə tanışlıq, beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması baxımından əhəmiyyətlidir. Qeyd olunub ki, bu sərgiyə olan böyük maraq Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rolunu və əhəmiyyətini bir daha təsdiqləyir. Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə məlumat verilib ki, bu cür ixtisaslaşdırılmış sərginin keçirilməsi Azərbaycanda hərbi sənayenin inkişafına təkan verməklə yanaşı, ölkədə istehsal edilən hərbi məhsulların dünya bazarında rəqabətə davamlı olmasına da töhfə verəcək.
Sonra qonaq sərginin Bakı Ekspo Mərkəzinin həyətində təşkil olunan digər hissəsinə baxıb.
* * *
Sentyabrın 12-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

