/ / Böyük Britaniyanın nümayəndə heyəti Azərbaycandakı tolerantlıq və multikulturalizm haqqında məlumatlandırılıb
Böyük Britaniyanın nümayəndə heyəti Azərbaycandakı tolerantlıq və multikulturalizm haqqında məlumatlandırılıb
19.09.2014 [09:53]
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Böyük Britaniya parlamentinin ölkəmizdə səfərdə olan üzvləri Ser Toni Boldri, Ser Piter Ceyms və Şərqi İngiltərə Universitetinin professoru, London Diplomatik Akademiyasının təsisçisi və direktoru Nabil Ayad ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Dövlət müşaviri Azərbaycanda qədim ənənələrə malik olan multikulturalizm və tolerantlıq mədəniyyətinin Ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam və inkişaf etdirməsindən, ölkədə mövcud milli, dini icmalara bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi üçün atılan mütərəqqi addımlardan danışıb. Ölkəmizdə yaşayan azsaylı xalqlar, müxtəlif dinləri təmsil edən insanlar arasında münasibətlərin ən yüksək səviyyədə tənzimlənməsi və bu işə nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Müşavirliyi Xidmətinin yaradılmasını dövlətin bu sahəyə diqqət və qayğısı kimi dəyərləndirən akademik Kamal Abdullayev Azərbaycanı dünyaya tolerantlıq və multikulturalizm nümunəsi kimi təqdim etmək yolunda dövlətimizin qərarlı olduğunu diqqətə çatdırıb.
Qonaqlar Azərbaycanda milli, dini və etnik baxımdan yüksək səviyyədə qorunan sabitliyi xüsusi dəyərləndiriblər. Onlar Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemində dünya dövlətlərinin bir çoxunun və müxtəlif beynəlxalq təşkilatların ikili mövqe sərgilədiyini və bunun da aydın səbəbləri olduğunu qeyd ediblər. Xocalı soyqırımının beynəlxalq hüquq müstəvisinə çıxarılmasının, cinayətkarların beynəlxalq tribunala təslim edilməsi zamanının çatdığını deyən qonaqlar bu haqq işində Azərbaycan xalqına dəstək olacaqlarını, bu məqsədlə gələn il Londonda Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilməsini planlaşdırdıqlarını bildiriblər.
Kamal Abdullayev Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edərək bununla bağlı Azərbaycana verdikləri dəstəyə görə qonaqlara təşəkkürünü bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inandığını bildirən Dövlət müşaviri bu işdə ləyaqətli insanların haqqı müdafiə etdiklərini, problemin həlli üçün böyük əmək sərf edən Prezident İlham Əliyevin tutduğu haqqlı yolda Öz xalqına və dünyadakı dostlarımıza arxalandığını vurğulayıb.
Görüşdə Böyük Britaniya parlamentariləri və elm adamları ilə Azərbaycan siyasətçiləri və elm adamlarının gələcək əməkdaşlığı mövzusunda fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

