Azərbaycan və Moskva hökumətləri arasında əməkdaşlıq memorandumu imzalanıb
26.09.2014 [09:39]
Sentyabrın 25-də Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Moskva meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, Yaqub Eyyubov Rusiya nümayəndə heyətinin Azərbaycana bu səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfə olacağını bildirib. Baş nazirin birinci müavini qeyd edib ki, Azərbaycan Prezidenti bununla bağlı konkret tapşırıqlar verib və danışıqlarda bu məsələlər də diqqət mərkəzində olacaq.
Rusiyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu deyən Y.Eyyubov iki ölkə arasında əmtəə dövriyyəsinin yüksək səviyyədə olduğunu söyləyib. Baş nazirin birinci müavini Azərbaycanın Rusiyanın bir çox subyektləri ilə də sıx əlaqələr qurduğunu, bu sırada Moskvanın birinci yerdə durduğunu vurğulayıb.
Azərbaycan ilə Rusiya arasında çoxəsrlik əlaqələrin olduğunu deyən Sergey Sobyanin ölkələrimiz arasında ticarət dövriyyəsinin bu il 30 faiz artdığını bildirib. S.Sobyanin deyib ki, imzalanacaq sənədlər Azərbaycandan Moskvaya kənd təsərrüfatı məhsullarının çatdırılmasını sürətləndirəcək. Bu istiqamətdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Mer, eyni zamanda, Moskvanın Azərbaycanla turizm, mədəniyyət, şəhər abadlığı sahələrində də əməkdaşlığı genişləndirə biləcəyini söyləyib. S.Sobyanin Azərbaycandan Rusiyaya meyvə-tərəvəzlə yanaşı, ət məhsullarının da ixrac olunması ilə bağlı hazırda danışıqların getdiyini qeyd edib. O, imzalanacaq sənədlərin ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliyini bildirib.
Görüşdə Baş nazirin birinci müavini Yaqub Eyyubov və mer Sergey Sobyanin Azərbaycan və Moskva hökumətləri arasında anlaşma və əməkdaşlıq haqqında memorandumu imzalayıblar. Bundan əlavə, Azərbaycandan Rusiyaya məhsulların ixrac olunması ilə bağlı iş adamları arasında ikitərəfli sazişlər imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

