/ / Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə BMT-nin müvafiq qurumları arasında əlaqələr yüksək səviyyədədir
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə BMT-nin müvafiq qurumları arasında əlaqələr yüksək səviyyədədir
03.10.2014 [09:37]
Oktyabrın 2-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazir, ilk növbədə, xanım Helen Elizabet Klarka nazirliyin və onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib, BMT-nin müvafiq qurumları ilə ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib və əməkdaşlıq imkanlarından geniş istifadə olunmasının əhəmiyyətini qeyd edib.
Kəmaləddin Heydərov bildirib ki, FHN ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında imzalanmış “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi uğurla həyata keçirilir, nazirliyin qurumları BMT-nin digər strukturlarının təşkil etdikləri beynəlxalq tədbirlər və təlimlərdə fəal iştirak edirlər.
Qonaq, öz növbəsində, səmimi görüşə və fəal əməkdaşlığa görə təşəkkür edərək bildirib ki, Azərbaycanda fəlakət risklərinin idarə olunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilib.
Görüşdə FHN və BMT İnkişaf Proqramının həyata keçirdikləri birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı” ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

