Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: Dünyada dinlərarası münaqişələr yaşansa da, Azərbaycanda bu cür hallar mövcud deyil

Mübariz Qurbanlı: Dünyada dinlərarası münaqişələr yaşansa da, Azərbaycanda bu cür hallar mövcud deyil

15.10.2014 [10:00]

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mardı qəbul edib. Komitədən APA-ya verilən məlumata görə, M.Qurbanlı rəhbərlik etdiyi qurumun yaranması və fəaliyyət istiqamətləri haqqında səfirə ətraflı məlumat verib, ölkəmizdə mövcud tolerantlıq, dinlərarası münasibətlər haqqında danışıb. O qeyd edib ki, bu gün dünyada, xüsusən Avropada, Yaxın Şərqdə dinlərarası münaqişələr yaşansa da, Azərbaycanda bu cür hallar mövcud deyil. Görüşdə həmçinin Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən din sahəsi ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31