Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Fələstin arasında əlaqələr müzakirə edilib

Azərbaycan ilə Fələstin arasında əlaqələr müzakirə edilib

16.10.2014 [09:38]

Oktyabrın 15-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Bakıda rəsmi səfərdə olan Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə son illər dünya birliyinə sürətlə inteqrasiya edən Azərbaycanın iqtisadi uğurları fonunda Azərbaycan-Fələstin iqtisadi əlaqələrinin imkanlarına toxunulub. Fələstin dövlətinin Azərbaycanla əlaqələrə böyük maraq göstərdiyi nəzərə alınaraq, qarşılıqlı faydalı əməkdaşlığın stimullaşdırılması üçün ilk növbədə işgüzar dairələr arasında əlaqələrin fəallaşdırılmasının vacibliyi qeyd olunub.
Müasir dünyada regional münaqişələrdən danışarkən, tərəflər analoji problemlərin beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri əsasında həllinin zəruri olduğunu vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 705 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31