APA xəbər agentliyi 10 yaşını qeyd edib
15.11.2014 [11:46]
Noyabrın 14-də “Kempinski Badamdar” otelində Azəri-Press Agentliyinin (APA) 10 illiyinə həsr olunmuş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, KİV təmsilçiləri iştirak ediblər.
Agentliyin 10 illiyinə həsr olunmuş videoçarxın nümayişi ilə başlanan yubiley mərasimini “Apa Holdinq”in direktorlar şurasının sədri, APA informasiya agentliyinin baş direktoru Nurşən Quliyev açaraq agentliyin fəaliyyətindən danışıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək 10 illik inkişaf yolu keçmiş APA-nın kollektivini təbrik edib və onlara işlərində uğurlar arzulayıb.
Əli Həsənov deyib ki, Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan milli mətbuatı özünün ən böyük inkişaf dövrünə Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin olunmasını, demokratik, plüralist KİV-in formalaşması və inkişafını, onun hüquqi-normativ bazasının yaradılmasını və iqtisadi müstəqilliyinin təmin edilməsini dövlətin mətbuatla bağlı siyasətinin əsas vəzifələri kimi müəyyən edib. Məhz Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində ölkədə söz və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə informasiya almaq və yaymaq hüququ təmin olunub.
Ümummilli liderin qətiyyəti nəticəsində siyasi plüralizmi, ifadə azadlığını məhdudlaşdıran senzuranın və dövlət tənzimləmə mexanizmlərinin ləğv edildiyini diqqətə çatdıran Əli Həsənov deyib ki, KİV-in inkişafı sahəsindəki bütün süni maneələr aradan qaldırılıb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb.
Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri deyib ki, Prezident İlham Əliyev ölkəmizdə mətbuata dövlət dəstəyini yüksək səviyyəyə qaldıraraq daha da şəffaflaşdırıb. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı Fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edib. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2009-cu ildə yaradılmış Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.
Əli Həsənov deyib: “Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar. Bildiyiniz kimi, dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən 156 mənzilli bina inşa edilərək jurnalistlərə paylanılıb. İndi isə jurnalistlər üçün 250 mənzildən ibarət yeni binanın tikintisi davam etdirilir”.
“Apa Holdinq”in prezidenti Vüsalə Mahirqızı çıxış edərək Azərbaycanda mətbuatın inkişaf etdirilməsi, söz və fikir azadlığının təmin olunması sahəsində həyata keçirilən tədbirlərdən danışıb, onların əməyinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.
Tədbirdə APA-ya ünvanlanmış təbrik məktubları səsləndirilib və bir sıra qurumlar tərəfindən agentliyə mükafatlar təqdim olunub.
Yubiley mərasimi maraqlı konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17

