İranda keçirilən beynəlxalq konfransda təkfirçiliklə mübarizə yolları araşdırılıb
25.11.2014 [09:39]
Noyabrın 23-də İran İslam Respublikasının Qum şəhərində “Ekstremizm və təkfirçilik islam alimlərinin gözü ilə” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda müasir dünyada baş verən terror hadisələri və bu hadisələrin İslam dini adı altında həyata keçirilməsi kimi mənfi hallar müzakirə edilib, buna qarşı mübarizə yolları araşdırılıb.
Əllidən çox ölkənin təmsilçilərinin iştirak etdiyi konfransda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Tədbirdə İranın nüfuzlu islam alimlərindən ayətullah Nasir Məkarim Şirazi, ayətullah Cəfər Sübhani, ayətullah Məhəmməd Gül Payqani, ayətullah Məhəmmədəli Təsxiri və başqaları da iştirak ediblər.
Beynəlxalq konfransda çıxış edən şeyxülislam Allahşükür Paşazadə bildirib ki, hazırda müsəlman və qeyri-müsəlman dünyası bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə qarşıdurma vəziyyətinə gətirilib. Təəssüf ki, son vaxtlar müsəlman aləminə qarşı təxribat və fitnəkar münasibətin güclənməsi demokratiyanın tənəzzülə uğramasına dəlalət edir.
Allahşükür Paşazadə deyib ki, müsəlman ziyarətgahlarının bombalanması, bayram və matəm mərasimlərində dinc əhalinin terrora məruz qalması, müqəddəs Qurana qarşı hörmətsizlik faktları, İslam Peyğəmbərini təhqir edən karikaturaların yaratdığı fəsadlar milli və dini zəmində qarşıdurma doğurur. Müasir dövrdə biz cəmiyyət və insan təhlükəsizliyinə ciddi hədə olan təkfirçilik kimi dini təriqətlərin və cərəyanların dağıdıcı fəaliyyəti ilə qarşılaşırıq. Belə hallar müsəlmanları narahat etməyə bilməz.
Şeyxülislam deyib: “Biz Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və ətraf rayonların işğalı, Xocalı soyqırımı, erməni ekstremistlərinin davamlı terrorunun acılarını yaşayan, məscidlərimizin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalq kimi İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınına, özünü “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşmanın hər gün törətdiyi rəzalətlərə laqeyd qala bilmərik. Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylik və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük”.
Konfransda Rusiyadan, Qazaxıstandan, Pakistandan, İraqdan, Suriyadan, Hindistandan, Sudandan, Fələstindən, Əlcəzairdən, Əfqanıstandan və başqa müsəlman dövlətlərindən islam alimlərinin məruzələri dinlənilib, təkfirçiliklə mübarizə üçün təklif olunan metodlar nəzərdən keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54

