Luigi D’Aprea: Azərbaycan Qafqaz regionunda ən dinamik tərəqqinin müşahidə olunduğu ölkədir
09.12.2014 [09:59]
İtaliyanın “Exportiamo” portalı Azərbaycanda müxtəlif sahələrdə əldə edilən uğurların təhlil olunduğu məqalə yayıb. Məqalədə bildirilir ki, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan Şərq və Qərb arasında körpü rolunu oynayır. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktordur.
Azərbaycan-İtaliya münasibətlərinə toxunan müəllif bildirir ki, əlaqələrimiz sürətlə inkişaf edir. 2007-ci ildən etibarən İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Bu ölkədə xarici iş adamlarının fəaliyyəti üçün əlverişli mühit yaradılıb. Təsadüfi deyil ki, bir sıra İtaliya şirkətləri Azərbaycanda müxtəlif sahələrə böyük maraq göstərir.
Yazıda Bakıda fəaliyyət göstərən italiyalı iş adamı Luigi D’Apreanın müsahibəsi yerləşdirilib. O deyib: “2013-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərirəm. Bu ölkəyə çox qısa müddətdə uyğunlaşdım və isti münasibət gördüm. Burada xarici iş adamları üçün münbit şərait yaradılıb”.
Luigi D’Aprea vurğulayıb ki, sürətli inkişaf yoluna qədəm qoyan Azərbaycan Qafqaz regionunda ən dinamik tərəqqinin müşahidə olunduğu ölkədir. Paytaxt Bakıda yeni tikilmiş möhtəşəm otellər, “Alov qüllələri” kompleksi, şəhərin müasir arxitektura tarixində yeni səhifə olan Heydər Əliyev Mərkəzi və gözqamaşdıran göydələnlər bu şəhərə xüsusi gözəllik verir. Bakı artıq müasir meqapolis kimi tanınır.
Azərbaycan-İtaliya münasibətlərinin möhkəm və tarixi bağlara əsaslandığını deyən italiyalı iş adamı 1972-ci ildə Bakı və Neapol şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulmasını bu yaxınlığın göstəricisi kimi qiymətləndirib. O qeyd edib ki, son illər hər iki ölkənin dövlət rəsmilərinin qarşılıqlı səfərləri müxtəlif sahələrdə əlaqələrin qurulmasına və inkişafına imkan yaradıb. 2019-cu ildə başa çatdırılması nəzərdə tutulan TAP qaz boru kəməri layihəsi əməkdaşlığımıza müsbət təsirini göstərməkdədir. TAP Avropanın enerji təminatı baxımından önəmli layihədir.
Məqalədə Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası barədə də məlumat verilir. Diqqətə çatdırılır ki, bu Konsepsiyada ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin təkmilləşdirilməsi, ətraf mühitin mühafizəsi və bir çox digər istiqamətlərdə önəmli məqamlar əks olunub.
Azərbaycanın dünyada ən qədim neft istehsal edən ölkələrdən biri olduğunu yazan müəllif ölkəmizin neft sənayesinin tarixi, “Neft Daşları”, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti, 2015-ci ildə inşası planlaşdırılan “Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi” ilə bağlı da məlumat verir.
Yazıda, həmçinin, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarından bəhs olunur. Bildirilir ki, Azərbaycan paytaxtında bütün Avropa xalqlarını birləşdirəcək möhtəşəm idman tədbiri keçirmək üçün yüksək səviyyəli hazırlıq işləri aparılır.
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

