Mübariz Qurbanlı: Prezidentin bu uğurları Azərbaycanın və xalqın uğurlarıdır
26.12.2014 [10:00]
“Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət haqqında çox geniş danışmaq olar. Mən burada üç əsas istiqaməti qeyd etmək istərdim. Birincisi, iqtisadiyyat, ikincisi xarici siyasət və nəhayət üçüncüsü isə Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin qorunmasıdır”. Bunu SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın 2014-cü ildə qazandığı uğurlardan danışarkən deyib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan iqtisadi sahədə artıq regionda lider ölkədir: “İqtisadi sahədə Azərbaycan vətəndaşının rifahı yüksəlib. İnsan amili, insan inkişafı məsələsində biz dünyada aparıcı yerləri tutan ölkələrə yaxınlaşmaqdayıq. Bizim iqtisadi sahədə ən böyük uğurumuz Azərbaycanın bölgə ölkələri ilə müqayisədə öncül mövqeyə çıxmasıdır. Xarici siyasət sahəsində ölkəmiz dünya siyasətində aparıcı rol oynayan ölkələrlə birlikdə regionda baş verən hadisələrə təsir etmək imkanı qazanıb. Azərbaycan BMT TŞ-yə sədrlik edərkən ölkəmiz özünün prioritet xarici siyasət istiqamətlərini ifadə edib. Bununla belə, biz xarici siyasətimizdə dost ölkələrin sayını artırmışıq, Ermənistanı himayə edənləri neytral vəziyyətə gətirmişik, təcavüzkar, işğalçı ölkənin beynəlxalq miqyasda ifşa olunması və onun bütövlükdə hər hansı bir dayaqdan məhrum edilməsi üçün böyük addımlar atmışıq. Təbii ki, hücum diplomatiyası yolu ilə bu istiqamətdə nailiyyət qazanmışıq”.
Mübariz Qurbanlı deyib ki, milli-mənəvi dəyərlər dedikdə isə Azərbaycan cəmiyyətində mənəvi-psixoloji durum göz önünə gəlir: “Azərbaycanda əhalinin mənəvi-psixoloji durumu kifayət qədər yüksək səviyyədədir. Prezidentinə, dövlətinə, müstəqilliyinə, gələcəyinə böyük inam var. Eyni zamanda, ölkəmizdə milli-mənəvi dəyərlərimizin, ənənələrimizin, o cümlədən, İslami dəyərlərə söykənən dinimizin himayə olunması, qorunması istiqamətində də dövlət başçısı çox böyük bir siyasət həyata keçirib. Azərbaycanda məscidlər, ibadət yerləri bərpa olunub, eləcə də ölkəmizdə müxtəlif konfensiyalar arasında birlik və vəhdət əldə edilib. Bütün bunlar Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji və taktiki prinsipləri kifayət qədər elmi əsaslara söykənən siyasətinin uğurlu davamıdır. Prezidentimizin bu uğurları Azərbaycanın və xalqın uğurlarıdır”.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49

