/ / Mübariz Qurbanlı: Ermənilərin hərəkətlərinin qarşısı alınmasa, bu cinayətlər başqa yerlərdə də təkrarlana bilər
Mübariz Qurbanlı: Ermənilərin hərəkətlərinin qarşısı alınmasa, bu cinayətlər başqa yerlərdə də təkrarlana bilər
31.03.2015 [10:10]
“1918-ci ildə azərbaycanlılara qarşı ermənilərin törətdiyi qətllər bir soyqırımıdır. Bu cinayətlər bağışlanmır. Belə cinayətin müddəti yoxdur. Cinayətkarlar cəzasını mütləq alacaqlar”. Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçirilən tədbirdə deyib.
M.Qurbanlı bildirib ki, Bakıda törədilmiş qırğınlar əslində Novruz bayramı ərəfəsində baş vermişdi: “Lakin bilirsiniz, köhnə və yeni təqvim arasında 13 gün fərq var. Ona görə də, biz 31 martı soyqırım günü kimi qeyd edirik. İndiki Şəhidlər Xiyabanında o zaman minlərlə insan dəfn olunub. Xalq bunu yaddaşından silmədi və 1990-cı ildə həmin yerdə 20 Yanvar şəhidlərini dəfn etməklə oranı Şəhidlər Xiyabanı adlandırdı”.
Komitə sədri vurğulayıb ki, erməni xisləti daim güclünün tərəfində olmaqdır, onlar kiminsə himayəsinə sığınaraq Roma, Sasani və Osmanlı imperiyalarına arxadan zərbələr vurublar: “Amma törətdikləri cinayətləri ört-basdır etmək üçün saxta “soyqırımı” yaratdılar və bundan təbliğat vasitəsi kimi istifadə etməyə başladılar. Onlar İran, Türkiyə və Qafqazda böyük qırğınlar törədiblər. Amma ermənilər bu qırğınları törədənləri milli qəhrəman adlandırıb, onlara heykəllər qoyublar”.
Dövlət Komitəsinin sədri Rusiyaya ölkədə bəzi tarixdəki hadisələrə görə ermənilərin qəhrəmanlaşdırılması faktları hallarına iradını da bildirib.
M.Qurbanlı bu il faşizmə qarşı qələbənin 70 illiyinin qeyd olunmasını xatırladaraq bildirib ki, Rusiyada bu qələbənin əldə olunmasında qanı tökulənlərə qarşı vuruşan, faşizmlə əməkdaşlıq edən, o vaxtkı alman komandirlərin rəhbərliyi altında çalışan bəzi ermənilərin qəhrəmanlaşdırılmasına çalışılır: “Bu, anormal haldır. Çox təəssüflər olsun ki, Rusiyada bu şəxslərin anılması üçün tədbirlər keçirməyə hazırlaşırlar. Amma Rusiyanın tanınmış ziyalıları, tarixçiləri Prezident Vladimir Putinə məktubla müraciət ediblər ki, bu il keçirilən 70 illik ərəfəsində həmin ermənilərin anım tədbirlərinin keçirilməsi pis haldır”.
M.Qurbanlı qeyd edib ki, 31 mart soyqırımının qurbanları daim yad edilməli, bu məlumatlar yeni nəslə çatdırılmalıdır. O bildirib ki, ermənilərin bu hərəkətlərinin qarşısı alınmasa, bunlar başqa yerlərdə də təkrarlana bilər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

