İslam insan hüquqlarını qoruyan dindir
05.05.2015 [10:18]
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İrana səfəri çərçivəsində mayın 3-də İran İslam İnqilabının Ali Rəhbərinin katibliyinin beynəlxalq əlaqələr üzrə müavini ayətullah Möhsen Qumi ilə görüşüb.
Komitə sədri M.Qurbanlı deyib ki, din hər bir cəmiyyətin ictimai-siyasi həyatında mühüm rol oynayır. Sovet İttifaqı nə qədər çalışsa da dini insanların məişətindən çıxara bilmədi.
Müstəqil Azərbaycanda dinə göstərilən dövlət qayğısından danışan komitə sədri qeyd edib ki, hazırda ölkəmizdə 2 min məscid fəaliyyət göstərir. Qafqazda ən böyük məscid Prezident İlham Əliyevin göstərişi ilə Bakıda inşa edilən Heydər Məscididir. Burada eyni vaxtda 4 min adamın ibadət etməsi üçün şərait yaradılıb. Yalnız dini təhsil almış, savadlı din xadimləri məscidlərdə ibadət apararaq İslam dinini düzgün təbliğ edirlər. İran ilə Azərbaycanın mədəni və dini bağlılığı var. Bu faktı nəzərə alan İran İslam İnqilabının Ali rəhbəri Ayətullah Seyid Əli Xamneyi də Azərbaycana hər zaman yaxşı münasibət bəsləyib və hər iki xalqın daha da yaxınlaşmasını tövsiyə edib.
M.Qurbanlı diqqətə çatdırıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi işğal altındadır. Təəssüf ki, ermənilər bu ərazilərdə dini abidə olan məscidlərə hörmətsiz yanaşırlar. Ermənilər tərəfindən işğal edilmiş rayonlardakı məscidlər təsərrüfat işləri üçün istifadə edilir. Bu, təkcə Azərbaycana deyil, bütün İslam dünyasına qarşı hörmətsizlikdir.
Komitə sədri bildirib ki, ölkələrimiz zəngin təbii ehtiyatlara malikdir. Bu sərvətləri ələ keçirməyə çalışan qüvvələr iki qardaş və dost ölkə arasında nifaq salmaq istəyirlər. Buna cavab olaraq əməkdaşlıq əlaqələrini daha da gücləndirməliyik. M.Qurbanlı M.Qumini Bakıya səfərə dəvət edib.
Azərbaycanın dövlət və din xadimlərini İranda görməkdən məmnun olduğunu bildirən M.Qumi deyib ki, İran İslam İnqilabının Ali rəhbəri müsəlman ölkələri ilə əlaqələrin genişlənməsinə xüsusi önəm verir: “Azərbaycan dost və qardaş ölkədir. Biz hər zaman Azərbaycanı dəstəkləməyə hazırıq”.
M.Qumi deyib ki, İslam inqilabından sonra İranda insan hüquqları yüksək səviyyədə qorunmağa başlandı. Qadınların hüquqları isə xüsusilə diqqət mərkəzindədir. Hazırda İranın ali təhsil müəssisələrində təhsil alanların 63 faizini, dövlət idarələrində çalışanların isə 30 faizini qadınlar təşkil edir.
“İslam insanı inkişafa və tərəqqiyə çağıran dindir. Lakin onun əleyhinə çox mənfi təbliğat aparılır. Bu təbliğatın qarşısını qarşılıqlı əməkdaşlıqla ala bilərik”, - deyə M.Qumi vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov görüşdə iştirak edib.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

