/ / “TeliaSonera” azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlar üçün yeni sosial layihə reallaşdıracaq
“TeliaSonera” azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlar üçün yeni sosial layihə reallaşdıracaq
06.05.2015 [10:22]
İsveçin “TeliaSonera” şirkətlər qrupu azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlar üçün yeni sosial layihə reallaşdıracaq. Layihə çərçivəsində İsveçin məşhur uşaq nağılları Azərbaycan dilinə tərcümə ediləcək və azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlara paylanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun “TeliaSonera” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşündə məlumat verilib.
Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Əli Həsənov təəssüflə bildirib ki, problemin həlli istiqamətində yaradılan ATƏT-in Minsk qrupu uzun illərdir fəaliyyət göstərməsinə baxmayaraq, real nəticə yoxdur. Münaqişənin həllinin uzadılmasının ikili standartlardan qaynaqlandığını vurğulayan Baş nazirin müavini deyib ki, ölkəmizdə 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Dünyanın ən mötəbər beynəlxalq təsisatı olan BMT-nin Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələr Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin 20 ildən artıqdır ki, həmin qətnamələr icra olunmur. Ancaq digər məsələlərlə bağlı qətnamələr dərhal yerinə yetirilir. Bunun özü də dünyada ikili standartların göstəricisidir.
Respublikamızın son illərdə əldə etdiyi uğurlar, eləcə də iqtisadiyyatda qazanılan nailiyyətlər barədə məlumat verən Əli Həsənov Azərbaycanın tolerant ölkə olduğunu, müxtəlif dinləri təmsil edən millətlərin dinc yanaşı yaşadıqlarını diqqətə çatdırıb.
“TeliaSonera” şirkətlər qrupunun həyata keçirəcəyi sosial layihəni yüksək qiymətləndirən Baş nazirin müavini, eyni zamanda, Azərbaycan uşaq nağıllarının da ingilis dilinə tərcüməsini, eləcə də İsveç və Azərbaycan uşaqlarının görüşlərinin təşkilinin səmərəli olacağını vurğulayıb.
“TeliaSonera”nın prezidenti və baş direktoru Yohan Dennelind şirkətin Azərbaycanda fəaliyyəti, “Azercell Telekom”un mobil rabitə sektorunda qazandığı nailiyyətlər, həyata keçirdiyi xidmətlər, yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqi və s. yeniliklər haqqında məlumat verib.
Azərbaycana üçüncü dəfə səfər etdiyini və hər səfərində də iqtisadi inkişafın yeni nəticələrini görməkdən şad olduğunu söyləyən Y.Dennelind deyib: “Təəssüf ki, Azərbaycan ilə bağlı böyük işlər görə bilməmişik. Ancaq bu sahədə fəaliyyətimizi artıracağıq. Bu fəaliyyət müxtəlif istiqamətləri əhatə edə bilər. Biz əvvəlcə İsveç nağıllarının Azərbaycan dilinə tərcüməsindən başlayırıq. Bu işdə İsveç hökuməti də bizə dəstək verir. Eyni zamanda, tələbə mübadiləsi proqramı üzərində də işəyirik və bu məsələ hazırda müzakirə mərhələsindədir”.
Bir müddət əvvəl məcburi köçkünlərlə görüşmək üçün yaradılan şəraitə görə minnətdarlığını bildirən İsveçin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestad reallaşdırılacaq layihələrin əhəmiyyətindən danışıb, bu istiqamətdə birgə əməkdaşlığın sosial proqramların həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb.
Azərbaycan Baş nazirinin müavini tələbə mübadiləsi proqramını da yüksək dəyərləndirərək, məcburi köçkün uşaqların bu layihəyə cəlb edilməsinin daha uğurlu nəticələrə səbəb olacağını diqqətə çatdırdı və bu işdə onlara lazımi kömək göstəriləcəyini deyib.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49

