/ / Adil Əliyev: Birinci Avropa Oyunları idman və müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq
Adil Əliyev: Birinci Avropa Oyunları idman və müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq
09.05.2015 [12:51]
“Birinci Avropa Oyunları idman və müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq. Artıq iyun ayında Azərbaycanda böyük idman bayramı gerçəkləşəcək. Birinci Avropa Oyunları Azərbaycanda baş tutacaq. Belə nəhəng idman tədbirinin ölkəmizdə reallaşması, əlbəttə, hər bir azərbaycanlını sevindirdiyi kimi, məni də qürurlandırır. Bu, əslində, böyük tarixi hadisədir”. Bu fikirləri Milli Məclisin deputatı Adil Əliyev deyib.
A.Əliyev bildirib ki, ilk Avropa Oyunları bu qitəni təmsil edən ən say-seçmə idmançıların yarışı olacaq. “Əvvəlcə özümüzə sual verməliyik ki, niyə, məhz bizim ölkədə bu keçirilir?” - deyən millət vəkilinin fikrincə, bunun bir sıra səbəbləri var.
“Niyə düşmən ölkə olan Ermənistan bu tipli beynəlxalq səviyyəli tədbirlərdən, yarışlardan kənarda qalıb. Əlbəttə, bunu düşünmək lazımdır. Bu gün ölkəmizin iqtisadi inkişafı, siyasi nüfuzunun genişlənməsi, idman uğurlarının artması Azərbaycana etimadı gücləndirib. Bizim xalqın tolerantlığı, alicənablığı dövlət siyasətimizdə də əksini tapıb. Bu baxımdan, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, əslində, heç kimi təəccübləndirməməlidir. Çünki biz bu münasibətə, hörmətə layiq olduğumuzu hər zaman sübut etmişik. Düşmən Ermənistan isə öz radikal, işğalçı, təcavüzkar siyasəti ilə özünü təcrid edib. Bu Oyunlar həm də Azərbaycanın öz milli adət və ənənələrini, tarixi həqiqətlərini gələn qonaqlara çatdırmağımız üçün gözəl imkandır. Biz bu imkanı maksimum dəyərləndirməliyik”, - deyə o, qeyd edib.
Millət vəkilinin sözlərinə görə, hər bir avropalı görməlidir ki, Azərbaycan ermənilərin və onların dəyirmanına su tökən qüvvələrin təqdim etdikləri kimi deyil. Əksinə, Azərbaycan bütün parametrlər üzrə çox ölkələri üstələyən göstəricilərə malikdir. “Bir vacib məqamı qeyd etmək istəyirəm. Birinci Avropa Oyunlarının və bundan əvvəlki tədbirlərin Azərbaycanda təşkil edilməsinin xronoloji ardıcıllığına nəzər salsanız, görərsiniz ki, Azərbaycandan fərqli olaraq, bəzi dövlətlər belə məsuliyyətli tədbirlərin təşkilini öz üzərlərinə götürməyə risk etmirlər. Bu, açıq-aşkar Azərbaycanın güclü dövlət olmasına dəlalət edir. Ulu öndər Heydər Əliyev Azərbaycanda idmanın inkişafına böyük qayğı göstərirdi. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminəm ki, birinci Avropa Oyunlarında idmançılarımızın qazandığı yüksək nəticələr xalqımızı sevindirəcək. Bu Oyunlar nəinki, idman, həm də müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq”, - deyə A.Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

