/ / Bahar Muradova: Hesab edirik ki, Azərbaycanda ATƏT-in layihə koordinatorluğunun olması vacib deyil
Bahar Muradova: Hesab edirik ki, Azərbaycanda ATƏT-in layihə koordinatorluğunun olması vacib deyil
11.06.2015 [09:37]
“Dağlıq Qarabağ münaqişəsinin həllində bu günə qədər irəliləyiş baş verməyibsə, burada onların ofisinin bağlanması da ciddi dəyişikliyə səbəb olmayacaq”
“Azərbaycan böyük inkişaf yolu keçərək çox böyük uğurlara imza atıb. Biz hesab edirik ki, artıq ATƏT-in Bakıda layihə koordinatorluğunun olması vacib deyil. Çünki Azərbaycanın insan haqları, təhlükəsizlik və digər sahələrdə keçdiyi inkişaf yolu və əldə etdiyi uğurlar bu ofisin fəaliyyətinə ehtiyac olmadığını göstərir”.
Bunu APA-ya Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova son günlər ATƏT və Azərbaycan münasibətlərində yaranan gərginliyə münasibət bildirərkən deyib.
B.Muradova hesab edir ki, üzv ölkə olaraq, Azərbaycanın mövqeyi bu məsələdə nəzərə alınmalıdır: “Düzdür, bəzi üzv dövlətlər özlərində ATƏT-in ofisinin olmadığı, qurumun müşahidə missiyasını ölkələrinə buraxmadığı, ATƏT-in tövsiyələrinə əməl etmədiyi halda hesab edir ki, Azərbaycan 57 üzv ölkənin qərarını nəzərə alaraq, ofisin fəaliyyətini bərpa etməlidir. Bizim fikrimizcə isə bu yanaşma doğru deyil. Bu qərarın, yəni layihə koordinatorluğunun fəaliyyət göstərməsi də elə Azərbaycan tərəfindən qaldırılmışdı. Üzv ölkələr bu təklifi qəbul etdi. İndi də Azərbaycan həmin üzv ölkələrə təklif edib ki, ofisin fəaliyyəti dayandırılsın. Onlar bu barədə qərar verəcək. Təbii ki, bizim təklifimiz nəzərə alınmalıdır”.
B.Muradova onu da deyib ki, ofisin bağlanması Azərbaycanın qurumla münasibətində heç bir soyuqluq yaratmayacaq: “ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə vasitəçi olmasına və ofisin bağlanmasının bu proseslərə təsirinə gəlincə, ATƏT-in bu münaqişənin həllində rolu onsuz da bizə bəllidir. Onların mövqeyi tərəfimizdən zaman-zaman çox ciddi tənqid olunub. Ofisin burada mövcudluğu Qarabağ məsələsinin həllinə təsir göstərsəydi, onda məsələ bu günə qədər həll edilmiş olardı. Bir üzv dövlətin digər üzv dövlətin ərazisini işğal etməsi ATƏT-in təməl prinsiplərinə ziddir. Bu günə qədər bir irəliləyiş baş verməyibsə, burada onların ofisinin bağlanması da ciddi dəyişikliyə səbəb olmayacaq. O ki qaldı, ATƏT-lə olan əməkdaşlığa, biz buna son qoymuruq. Biz ofisin fəaliyyətinin məqsədə uyğun, bu gün Azərbaycana lazım olmadığını əsaslandırırıq. Amma ATƏT-in Vyana ofisi ilə əməkdaşlığı davam etdiririk. Bizim orada nümayəndəmiz var, ən vacibi ATƏT PA-nın üzvüyük. Sadəcə layihə koordinatorluğuna ehtiyac yoxdur. Çünki bu layihələri artıq Azərbaycan müstəqil şəkildə həyata keçirə bilir”.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

