A.Kozlovski: Bakı artıq dünya idmanı tarixinə daxil olub
25.06.2015 [09:49]
“Bakıda ilk dəfə 1976-cı ildə olmuşam. Yadımdadır, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsindən gedirdim. Bu da mənim son ezamiyyətim idi. Biz Azərbaycanda tələbələrin beynəlmiləl tərbiyəsi sahəsində vəziyyəti öyrənirdik. Bakı rahat, koloritli, amma düzünü desəm, yetərincə əyaləti xatırladan dənizkənarı şəhərcik idi. O vaxtdan şəhərin dəyişdiyini desəm, onda heç nə deməmiş olaram. Bakı-2015 ilə Bakı-2010 isə müqayisəyə gəlmir. Əslinə baxılsa, indi Bakı hətta sonuncu dəfə üç ay əvvəl gördüyümdən də xeyli fərqlənir”. Bu sözləri Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin üzvü Aleksandr Kozlovski Rusiyanın “chempionat.com” portalına müsahibəsində söyləyib.
Bakıda birinci Avropa Oyunlarının uğurla keçdiyini bildirən A.Kozlovski deyib: “Yarışlar cədvəlində yer alan idman növlərinin federasiyaları ilə çox maraqlı müşavirəmiz oldu. Müşavirə iştirakçılarının hamısının bir leytmotivi olub: şəksiz ki, Avropa Oyunları uzun müddətli ciddi tədbirdir”.
A.Kozlovski bildirib ki, AOK-un televiziya yayımları üzrə direktorunun informasiyasına görə, işıqlandırma baxımından Avropa Oyunları Olimpiya Oyunlarından sonra ikinci yerdədir. Bu prosesə 145 ölkə qoşulub. O deyib: “Təkcə birinci həftədə 50 iştirakçı ölkədən 37 ölkə medal qazandı. Bu da rəqabət olduğunu göstərir. Xoşbəxtəm ki, həmvətənlərimiz bu məsələyə çox ciddi yanaşıblar, güclü olduğunu qazandığı nəticələrlə sübuta yetirən qüvvətli heyət göndəriblər”.
Olimpiya Oyunlarının Bakıda keçirilməsi perspektivlərindən danışan A.Kozlovski vurğulayıb ki, Paris, Boston və digər şəhərlər artıq öz sifarişlərini hazırlayırlar. Avropa Oyunlarının keçirilməsi Bakı üçün yaxşı başlanğıc nöqtəsidir. O deyib: “İstənilən halda Avropa Oyunlarının mirası - bazalar, stadionlar, təlim görmüş heyəti olan mehmanxanalar, nəqliyyat sistemi, könüllülər hazırda ölkəyə qalır. Cəsarətlə demək olar: Bakı artıq dünya idmanı tarixinə daxil olub”.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

