/ / “LaDiplomatie” portalı: Ermənistanın etnik təmizləmə siyasətinin rəsmi şəkildə tanınması bu ölkəyə ağır zərbə olacaq
“LaDiplomatie” portalı: Ermənistanın etnik təmizləmə siyasətinin rəsmi şəkildə tanınması bu ölkəyə ağır zərbə olacaq
05.08.2015 [08:57]
Fransanın “LaDiplomatie” portalında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi üzrə qərarı ilə bağlı məqalə yayılıb. Məqalənin müəllifi Loran Banin Məhkəmənin qərarını şərh edərək yazır ki, AİHM beynəlxalq hüququn müvafiq normalarını əldə rəhbər tutaraq şəxsi əmlak əlçatmaz olduğu halda dövlətin əlavə tədbirlər görmək vəzifəsinin olduğunu xatırladır. Bu qərarla Məhkəmə məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması və onların öz əmlakına yiyələnməsi hüququnu tanıyır. Münaqişə başlayandan bəri ilk dəfə olaraq Məhkəmə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini və Dağlıq Qarabağın bu gün erməni silahlı qüvvələrinin nəzarəti altında olduğunu qeyd edir. AİHM öz qərarını beynəlxalq hüququn müəyyən edilmiş qaydaları ilə əsaslandırır və Ermənistanın Dağlıq Qarabağa nəzarətini işğal faktı kimi dəyərləndirir.
Qərarın icrası məcburi köçkünlərin öz evlərinə qayıtmasını və Ermənistan qoşunlarının işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edir. Münaqişənin sülh yolu ilə həll olunması üçün aparılan danışıqlar prosesində Ermənistanın irəli sürdüyü bir çox şərtlər AİHM-in bu qərarı ilə de-fakto ləğv olunur. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda aparılan danışıqlarda Məhkəmənin qərarı Azərbaycanın xeyrinə atılan həlledici addımdır.
Məqalədə qeyd edilir ki, Strasburqun yüksək instansiyalı məhkəməsi işğal olunmuş ərazilərdə insan hüquqlarının pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığını bildirir. Yəni, Ermənistan Dağlıq Qarabağ və onun ətrafında yerləşən, ermənilərin heç vaxt yaşamadıqları 7 inzibati rayonda pozulan insan hüquqlarını bərpa etməlidir.
Məqalədə vurğulanır ki, Dağlıq Qarabağ ərazisində etnik təmizləmə siyasətinin rəsmi şəkildə tanınması bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilən təcavüzkar Ermənistana ağır zərbə olacaq. AİHM-in bu qərarı Dağlıq Qarabağ münaqişəsinin həlli və mövcud status-kvonun ləğv edilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxDünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13

