Kiminsə faciəsindən sui-istifadə etmək olmaz
12.08.2015 [09:55]
Siyavuş Novruzov: Öz yaxın qohum-əqrəbasının yasına getməyən, qəbrini ziyarət etməyən müxalifətin bəzi siyasi partiya rəhbərliyi sırf şou xatirinə jurnalistin dəfnində iştirak ediblər
“Bir müddət öncə Azərbaycan milli mətbuatı özünün 140 illik yubileyini yüksək səviyyədə qeyd etdi. Bununla bağlı cənab Prezidentin Sərəncamı mətbuat nümayəndələri, o cümlədən də, hər kəs tərəfindən təqdirəlayiq hal kimi qarşılandı. İndi də jurnalistin ölümündən dərhal sonra Prezident İlham Əliyevin məsələni şəxsən nəzarətə götürməsi mətbuata olan diqqət və qayğının növbəti göstəricisidir”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Ann.az saytının əməkdaşı Rasim Əliyevin ölümü ilə bağlı radikal müxalifət mətbuatının qərəzli yazılar dərc etməsinə, eləcə də, bir sıra Qərb təşkilatlarının, o cümlədən, AŞPA-nın baş katibi Torbyorn Yaqlandın açıqlamasına münasibət bildirərkən deyib.
“Peşəsindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir insan bu ölkənin vətəndaşıdır və bədbəxt hadisə ilə qarşılaşa bilər”
YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər bir mətbuat nümayəndəsinə, istər müxalifyönlü olsun, istərsə də iqtidaryönlü eyni müstəvidə yanaşır, onların sosial problemlərinin aradan qaldırılmasına çalışır: “Bu baxımdan da hesab edirəm ki, jurnalistin ölümünü siyasiləşdirənlər yanlış fikirdədirlər. Peşəsindən asılı olmayaraq Azərbaycanda yaşayan hər bir insan bu ölkənin vətəndaşıdır və bədbəxt hadisə ilə qarşılaşa bilər. Bu cəmiyyətin bir üzvüsənsə, hər hansı bir hadisə baş verirsə, təbii ki, məsələ öncə araşdırılmalı, sonra ona qiymət verilməlidir. Məsələ araşdırılmamış bəzi siyasi qruplar, partiya nümayəndələri, təşkilatlar özlərindən bəyanatlar verirlər. Mirzə Ələkbər Sabir demişkən, çırmanırıq keçməyə çay gəlməmiş, başlayırıq qızmağa yay gəlməmiş”.
“Reallığı kənara qoyub erməni lobbisinə xidmət edən insanlar jurnalist ölümündən sanki sui-istifadə etməyə çalışırlar”
Siyavuş Novruzov bir daha xatırladıb ki, mövcud hadisədən sonra ölkə başçısı bu işi şəxsi nəzarətinə götürüb: “Bir məsələ ki, bilavasitə ölkə rəhbərliyinin nəzarətindədir, o zaman hadisənin başvermə səbəblərinin araşdırılmasını və təqsirkarların əməlinə hüquqi qiymət verilməsini gözləmək lazımdır. Bunu kənara qoyub erməni lobbisinə xidmət edən insanlar jurnalist ölümündən sanki sui-istifadə etməyə çalışırlar, ölkədə söz və mətbuat azadlığına qarşı təzyiqlərin olması kimi qiymətləndirirlər. Bu da tamamilə yanlışdır, qərəzdən başqa bir şey deyil. Ermənistanda, eləcə də, Avropanın özündə nə qədər jurnalist həbs edilib, öldürülüb, siyasilərə qarşı təzyiqlərin həddi-hüdudu yoxdur. Niyə gedib özlərinə baxmırlar?”
“Elə bil ölkəni idarə etməyi bunlara həvalə ediblər”
YAP İcra katibinin müavini bəzi qurumların özünü həm məhkəmə, həm prokuror, həm də cinayət axtarış idarəsi kimi apardığını deyib: “Elə bil ölkəni idarə etməyi bunlara həvalə ediblər. Bir daha vurğulayıram ki, burada kiminsə faciəsindən sui-istifadə etmək olmaz. Öz yaxın qohum-əqrəbasının yasına getməyən, qəbrini ziyarət etməyən müxalifətin bəzi siyasi partiya rəhbərliyi heç bir aidiyyəti olmadan, sırf şou xatirinə jurnalistin dəfnində iştirak ediblər. Bu adamlar insanların faciəsindən belə, özünəməxsus şəkildə yararlanmağa çalışanlardır. Bunların nə o jurnalistə, nə də ki valideynlərinə canları yanmır. Yalnız özlərini cəmiyyətdə göstərmək üçün dəridən-qabıqdan çıxırlar”.
“Azərbaycana sunami gəlsə belə, onlar toy-bayram edəcəklər”
Siyavuş Novruzov digər bir məsələyə də münasibətini bildirib. O, bu kimi qərəzli dairələrin hətta iqtisadi məsələlərdə də qərəz sərgilədiklərini deyib: “Baxın, neftin qiyməti düşəndə belə, bu insanların sevincinin həddi-hüdudu olmur. Başa düşmürlər ki, neftin qiyməti nə qədər yüksək olsa, bu, xalqımızın yaşayışına, həyat səviyyəsinin yüksəlməsinə təsir edəcək. Bunlar üçün bu amillər maraqlı deyil. İnsanların vəziyyəti nə qədər ağır olsa, bu insanlar bir o qədər də sevinc nümayiş etdirəcəklər. Çünki belə olanda iqtidara qarşı bir istifadə metodu seçirlər. Azərbaycana sunami gəlsə belə, onlar toy-bayram edəcəklər”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

