/ / Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Ankarada türk dilində çapdan çıxıb
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Ankarada türk dilində çapdan çıxıb
13.08.2015 [10:02]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilən “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı Ankarada türk dilində çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Berikan yayım evi tərəfindən çap edilən kitabda münaqişənin yaranma səbəblərini əks etdirən, habelə Dağlıq Qarabağın bu ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını dəqiq göstərən müxtəlif tarixi mənbələr əksini tapıb.
Nəşrdə Cənubi Qafqazda ilk dövlət qurumlarının yarandığı vaxtdan başlanan tarixi dövr əhatə edilir və regionun müasir dövrə qədər tarixindən bəhs olunur. Əsərin müəllifi ilk fəsillərdə erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə və sonralar Cənubi Qafqaza gəlmə olmasını elmi cəhətdən əsaslandırır.
Kitabda antik və orta əsrlər dövrünə aid çoxsaylı məxəzlər, habelə yeni və müasir dövrün sənədləri əsasında Cənubi Qafqazın həqiqi tarixi göstərilir, erməni etnosunun bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlməsi qeyd edilir. Müəllif sistemli şəkildə bir dövrdən digərinə keçərək Dağlıq Qarabağ ərazisində vəziyyəti və bu diyarın bütün tarixi ərzində ermənilərin orada olmamasını diqqətə çatdırır. Qeyd olunur ki, yalnız XIX əsrin birinci yarısından demoqrafik vəziyyətdə dəyişikliklər baş verir. Nəticədə Qərbi Azərbaycanın bəzi mahallarında - indiki Ermənistan Respublikasında ermənilər sayca üstünlük təşkil etməyə başlayır. Bildirilir ki, tarixi konyunktur ermənilərə azərbaycanlıların əzəli torpaqlarında öz dövlətçiliyini qurmağa imkan yaradıb. Ermənilər iki əsr ərzində avtoxton azərbaycanlı əhalini sıxışdıraraq bu ərazidən çıxarıb və monomilli ölkə yaratmaq üçün əllərindən gələni ediblər.
Müəllif, həmçinin, diqqəti XIX əsrin birinci yarısından başlayaraq ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nəticəsində demoqrafik vəziyyətdə baş verən dəyişikliklərə cəlb edir. Həmin dövrdə Azərbaycanın Dağlıq Qarabağ və digər mahallarında, eləcə də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan Respublikasında ermənilərin sayca üstünlük təşkil etməyə başlamasının imperiya siyasətinin nəticəsi olduğu diqqətə çatdırılır.
Kitabda, eyni zamanda, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahı verilir. Akademik Ramiz Mehdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq müharibəyə çevrildiyi bir məqamda beynəlxalq erməni terror təşkilatlarının bu işdə iştirakına da diqqəti cəlb edib.
Nəşrin müəyyən fəsilləri münaqişənin hüquqi bazasına həsr edilir, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun həmsədri olan böyük dövlətlərin mövqeyində özünü büruzə verən ikili standartların danışıqlar prosesinin nəticəsiz qalmasına səbəb olduğu göstərilir.
Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağa dair fundamental elmi əsərin türk dilində nəşri oxucu auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Əsər qardaş Türkiyə oxucularında Qarabağ həqiqətləri haqqında məlumatlılığın artırılması baxımından mühüm rol oynamaqla yanaşı, tədqiqatçılar və tələbələr üçün dəyərli elmi mənbədir.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25

