Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP Sədrinin müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov YAP Gənclər Birliyinin nümayəndələri ilə görüşüb

YAP Sədrinin müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov YAP Gənclər Birliyinin nümayəndələri ilə görüşüb

13.08.2015 [10:09]

Dünən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar partiyanın Gənclər Birliyinin nümayəndələri ilə görüş keçirib.
YAP-ın seçkilərə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdıran Əli Əhmədov gənclərin də bu kampaniyada iştirak payının vacibliyini vurğulayıb: “Çünki bu, siyasi partiyanın gənclər qolu olaraq təşkilatın vəzifəsidir. Ümumiyyətlə, biz bütün seçkilərdə gənclərin potensialından səmərəli istifadə etməyə çalışırıq. Qarşıdan gələn seçki kampaniyasında da belə olacaq. Eyni zamanda, gənclərin seçki kampaniyasında fəal iştirak etməsi siyasi fəaliyyətlərində onlara böyük təcrübə qazandırır”.
YAP Sədrinin müavini qeyd edib ki, seçki kampaniyasına rəsmi start verildikdən sonra müəyyənləşdirilmiş qayda üzrə tədbirlər həyata keçiriləcək. Əli Əhmədovun sözlərinə görə, YAP Gənclər Birliyinin fəalları seçki kampaniyasının müxtəlif mərhələlərində prosesə cəlb olunacaqlar. Belə ki, partiyanın namizədlərinin imzatoplama kampaniyasında, müşahidəçilik prosesində, namizədlərin təşviqat kampaniyasında və s. məsələlərdə gənclərin imkanlarından geniş istifadə ediləcək: “Partiyanın yerli strukturlarında seçki qərargahları fəaliyyətə başlayıb, gənclər bu qərargahların işində də yaxından iştirak edə bilər, namizədlərin seçki kampaniyalarını uğurlu şəkildə aparmalarına yaxından dəstək ola bilərlər. Eyni zamanda, gənclər seçici kimi də böyük elektoratdır. Hesab edirəm ki, seçki kampaniyası dövründə gənclərin səsverməyə cəlb olunması üçün partiyanın Gənclər Birliyi aktiv iş aparmalıdır. Bu mənada, ilk dəfə səsvermə hüququ qazanan gənclər arasında təşviqatın aparılması məqsədəuyğundur”.
Əli Əhmədov bildirib ki, YAP Gənclər Birliyi öz fəaliyyəti ilə ölkənin ən güclü gənclər təşkilatı olduğunu bir daha sübut etməlidir.
Daha sonra YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov çıxış edərək nəzərdə tutulan tədbirlər haqqında məlumat verib, eyni zamanda bir sıra təkliflərlə çıxış edib. Gənclərin sosial şəbəkələrdə aktiv iştirakı ilə bağlı müəyyən layihələrin olduğunu deyən S.Orucov region gəncləri ilə müxtəlif görüşlərin keçirilməsinin zəruri olduğunu qeyd edib.
Sonda YAP Sədrinin müavini Əli Əhmədov YAP Gənclər Birliyinin layihələri ilə əlaqədar gənclərə öz tövsiyələrini verib.
Görüşdə YAP İcra katibinin müaviniləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak edib.

 
Paylaş:
Baxılıb: 593 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31