Siyavuş Novruzov: AXCP-nin qurultayı mənasız, məzmunsuz və yersiz idi
29.09.2015 [10:16]
“AXCP-nin sentyabrın 27-də keçirdiyi qurultay mənasız, məzmunsuz və yersiz bir qurultay idi”. Bunu “Trend”ə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, qurultay müəyyən edilmiş vaxtlarda keçirilməlidir: “Qurultay partiyanın nizamnamə tələblərinə uyğun keçirilməlidir. Bu qurultay isə vaxtında keçirilən qurultay deyildi. Guya qurultaydan əvvəl görüşlər keçiriblər, amma yolda, küçədə kim qarşılarına keçdi qurultaya nümayəndə seçiblər”.
S.Novruzov bildirib ki, qurultayda Əli Kərimlinin 57 dəqiqə sürən mənasız və məzmunsuz çıxışında konkret ideya, fikir, reallıq yox idi: “Çıxışında Azərbaycanın nefdən asılılığı ilə bağlı fikirlər söyləyir, amma əsaslı fikir söyləyə bilmir. Çində də devalvasiya oldu. Məgər Çinin nefti var? Yox. Bu, dünyada gedən bir prosesdir. İkinci bir tərəfdən, Əli Kərimli korrupsiyadan danışır, amma ən böyük korrupsiyalaşmış elə o özüdür. O, qanunsuz pulları xarici təşkilatlardan alır. Əli Kərimlinin Londonda villaları haradandır? Sual olunur, 20 ildir heç bir yerdə işləmirsən, əməkhaqqı almırsan, bəs nə ilə dolanırsan? Başqalarını korrupsiyada ittiham edir, amma ən böyük korrupsioner o özüdür. Əli Kərimli deyir ki, heç vaxt səngərdən qaçmayıb, fərari olmayıb. Sən ömürboyu hərbi xidmətdə olmamısan, səngərdən qaçmısan. Azərbaycanın müstəqilliyi dövründə, Dağlıq Qarabağda müharibə getdiyi vaxt sən hərbi xidmətdə olmamısan. Həmin vaxt daxili işlər naziri işləmiş İsgəndər Həmidov səni fərari adlandırıb. Sən bir nömrəli fərarisən. Əli Kərimli deyir ki, satqın olmayıb. O, ömrü boyu satqın olub. Vəzifəyə görə, Elçibəyi, bütün silahdaşlarını, dostlarını satıb. Əli Kərimli iddia edir ki, ətrafında olanları pulla alırlar, iqtidar buna vəsait sərf edir və s. Sənin ətrafında kim var ki, onu da ələ alsınlar?”
S.Novruzov əlavə edib ki, AXCP-nin qurultayı bir sifariş idi: “Bunlara göstəriş verilib ki, indiki vaxtda guya fəallaşmaq üçün qurultay keçirsinlər. Başqa vaxt demokratiyadan, alternativlikdən danışırlar, alternativsiz seçki olmaz deyirlər. Bəs, Əli Kərimli niyə alternativsiz seçildi? Bir alternativ var idi, onun da üstünə elə düşdülər ki, xalq düşmənindən betər edib yola saldılar. Bütün bunlar göstərir ki, onların bütün hərəkətləri saxta, yalan, çıxışları isə iftiradır”.
Xəbər lenti
Hamısına baxDünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32

