Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin hesabat-seçki konfransı keçirilib
30.09.2015 [09:52]
Azərbaycan Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin hesabat-seçki konfransı keçirilib.
Konfransda sədr və katibin seçilməsindən sonra hesabatla çıxış edən qurumun Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb və hesabat ətrafında çıxışlar olub.
Tədbirdə çıxış edən ağsaqqallar rayon şurasının fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirildiyini bildiriblər. Qeyd olunub ki, bu məqsədlə gənclər və yeniyetmələrdə Vətənə məhəbbət hissinin aşılanması üçün vaxtaşırı ümumtəhsil məktəblərində, kolleclərdə və digər yerlərdə görüşlər keçirilir, ağsaqqalların örnək ola biləcək həyat yolu haqqında söhbətlər aparılır.
Sonra yeni idarə heyətinin tərkibi və sədr seçkisi keçirilib. Mayıl Əliyev yenidən Ağsaqqallar Şurası Nizami rayon şöbəsinin sədri seçilib.
Çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin dünyada nüfuzunun artdığını bildirib. O, hazırda Ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətinin layiqincə davam etdirildiyini vurğulayıb. Bildirilib ki, Ulu öndərin açdığı yol bu gün gənclərin həyat amalına çevrilib. F.Heydərov Azərbaycan xalqının “ağsaqqal” sözünü daim uca tutduğunu deyib.
O vurğulayıb ki, bu gün ağsaqqallar milli mənəvi dəyərlərimizin qorunması, saflıq, ədalətlilik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını özünün əsas vəzifələrindən hesab edir. Eyni zamanda, gənc nəslin mənəvi və fiziki sağlamlığına diqqət yetirən ağsaqqallar bu istiqamətdə də əzmkarlıq göstərir, müxtəlif layihələr reallaşdırır, görüşlər keçirirlər.
Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək ağsaqqal institutunun min illərin sınağından uğurla çıxdığını və xalqın ən çətin anlarında uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan xalqının milli dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar. Hər zaman öz müdrikliyi ilə seçilən ağsaqqallarımız Azərbaycan dövlətçiliyinin çətin günlərində də xalqın ön sıralarında olub, insanlara ən doğru yolu göstəriblər: “Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolu daha da artıb. Məhz Ümummilli liderin sayəsində ağsaqqalların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı təmin edilib. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev isə ağsaqqalların cəmiyyətimizin gündəlik həyatında, ictimai-siyasi proseslərdə, həmçinin gənc nəslin vətənpərvər yetişməsində rolunu daha da genişləndirib”.
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Nizami rayonunda ağsaqqallarla gənclər arasında möhkəm bağlılıq mövcuddur: “Mütəmadi olaraq Nizami rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Nizami rayon Ağsaqqallar Şurasının və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə müxtəlif tədbirlər keçirilib. Eyni zamanda, rayonun ictimai-siyasi və sosial həyatında da ağsaqqalların böyük rolu var”.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 10:18
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52

