AŞPA-nın bütün üzvləri və rəsmiləri bərabərhüquqlu statusa malikdirlər
03.10.2015 [11:28]
Bahar Muradova: Səməd Seyidovun yeni vəzifəsində səlahiyyətlərinin nədən ibarət olduğunu öyrənmək üçün onun özündən, yaxud həmkarlarından soruşmaq, eləcə də təşkilatın sənədlərinə baxmaq kifayət idi
Məlum olduğu kimi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Monitorinq komitəsinin sədr müavini seçilib. Bu hadisə Azərbaycanın nüfuzunun və onun nümayəndə heyətinin təşkilatda fəallığının göstəricisidir.
Amma görünən odur ki, Azərbaycan nümayəndəsinin bu vəzifəyə seçilməsi ölkəmizə qarşı qərəzli mövqedə olan qüvvələri narahat edib. Və onların əlində alət olan kütləvi informasiya vasitələri də bu təyinatı başqa istiqamətə yönəltməyə çalışırlar. “Azadlığ”ın məsələ ilə bağlı Andreas Qrossdan bu haqda münasibət öyrənməsi də deyilənlərə sübutdur.
Məsələ ilə bağlı Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, istər ATƏT-in, istər də AŞPA-nın bütün üzvləri və rəsmiləri bərabərhüquqlu statusa malikdirlər. “Qərbi Avropadan olan ölkələrin beynəlxalq təşkilatlarda, o cümlədən parlament assambleyalarındakı nümayəndələrini, əstəğfürullah, Allahın və demokratiyanın canişini hesab edən soydaşlarıma demək istəyirəm ki, istər ATƏT-in, istərsə də AŞPA-nın bütün üzvləri və rəsmiləri bərabərhüquqlu statusa malikdirlər. Səməd Seyidovun yeni vəzifəsində səlahiyyətlərinin nədən ibarət olduğunu öyrənmək üçün onun özündən, yaxud həmkarlarından soruşmaq, eləcə də təşkilatın sənədlərinə baxmaq kifayət idi. Bunun üçün A.Qrossa müraciət etməyə və onun fikirlərini tirajlamağa ehtiyac yox idi. Yox, əgər məsələ S.Seyidovun sizin gözləntilərinizə rəğmən rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə qurumdan xaric edilməsi idisə də, söyləməliyəm ki, bu istəkləriniz heç zaman reallaşmayacaq. Azərbaycana neft iyinə gəlib ondan payını almayanların təəssüfünü ölkəmizə qarşı qərəzə və qəzəbə çevirməsində alət olmanızın səbəbini isə anlayıram, ancaq qəbul edə bilmirəm”, - deyə vitse-spiker vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

