Azərbaycanda seçkilərin keçirilməsi ilə bağlı müvafiq şərait yaradılıb
24.10.2015 [12:07]
Avropa Şurası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Seçkilərin mediada işıqlandırılması” mövzusunda seminar keçirilib
Noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Bu arada isə istər yerli, istərsə də xarici qurumların iştirakı ilə seçkilərə hazırlığa həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Növbəti belə tədbir isə dünən Bakıdakı “Holiday İnn Hotel”də baş tutub.
Avropa Şurası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Seçkilərin mediada işıqlandırılması” mövzusunda keçirilən seminarda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev deyib ki, Azərbaycanda seçkilərin keçirilməsi ilə bağlı müvafiq şərait yaradılıb. Siyasi partiyalar, bloklar və namizədlər heç bir çətinliklə üzləşmədən öz hüquqlarını reallaşdıra bilirlər. Bütün bunlar ölkədə mövcud təcrübə əsasında formalaşmış normadır. Eyni zamanda, ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti də təmin olunub: “Beynəlxalq standartlara uyğun demokratik seçkilərin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş normadır. Bu günə kimi keçirilmiş 15-ə yaxın seçkidə böyük təcrübə toplanılıb. Azərbaycanda istər siyasi partiyaların seçki dövründə fəallığı, istər vətəndaş cəmiyyəti institutlarının seçki ilə bağlı müvafiq prosedur normalarını həyata keçirməsi, eyni zamanda, medianın fəallığı bütövlükdə ölkəmizdə seçki dövründə bu qurumların fəal olduğunu göstərən məsələlərdir. Bildiyiniz kimi, Azərbaycanda 1998-ci ildə senzura ləğv olunandan sonra medianın inkişafı ilə bağlı çox mühüm dövr başlandı. Bu gün Azərbaycanın istər elektron, istərsə də internet mediası həm kəmiyyət, həm də keyfiyyət baxımından regionda geridə qalmır, hətta parametrlərinə görə, region ölkələrini qabaqlayır. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 300-dən artıq fəal, müxtəlif siyasi, iqtisadi, sosial, mədəni sahələri işıqlandıran onlayn media mövcuddur. Bu gün Azərbaycanda sosial şəbəkələrdən çox geniş istifadə olunur. Artıq sosial şəbəkə istifadəçilərinin sayı 2 milyondan artıqdır. Təbii ki, belə bir mühitdə Azərbaycanda aktiv seçkilərin keçirilməsi, cəmiyyətin bütün üzvlərinin bu prosesdə iştirakının təmin olunması üçün xüsusi səy göstərməyə, hansısa tədbirlər keçirməyə ehtiyac qalmır. Bu, artıq formalaşmış bir normadır”.
“Seçkinin müxtəlif mərhələlərində - namizədlərin irəli sürülməsi, təbliğat-təşviqat dövrlərində bəzi dairələr iddia edə bilərlər ki, müəyyən aktivlik müşahidə olunmur, yaxud passivlik var və sair”, - deyən Vüqar Əliyev bunu bir sıra hallarla əlaqələndirib: “Azərbaycanda sivil birgəyaşayış forması tətbiq olunur. İnsanların fikirlərinə baxsaq, onlar özləri cəmiyyətdə çaxnaşmaların, qarşıdurmaların yaradılmasından, namizədlər haqqında kompromatların mediaya ötürülməsindən və digər məsələlərdən daha çox həmin namizədlərin seçki dövründə proqramlarının nədən ibarət olacağı, cəmiyyətin inkişafı ilə bağlı öz seçildikləri dairələrdən insanlara nə verə biləcəkləri, nə təklif edə biləcəkləri ilə bağlı maraqlanırlar. Bu, bir daha onu təsdiq edir ki, Azərbaycanda insanları hansısa neqativ emosiyalar, sivil cəmiyyətə xas olmayan xüsusiyyətlər deyil, demokratik cəmiyyətlərdə mövcud olan ab-hava maraqlandırır. Bu vəziyyətin dəyişdirilməsini istəyən müəyyən qüvvələr də var. Mən əminliklə bugünkü reallığa əsaslanaraq deyə bilərəm ki, Azərbaycan cəmiyyətində onların səsi bir o qədər də eşidilmir”.
Administrasiya rəsmisi əlavə edib ki, cəmiyyətdə baş verən hadisələr, o cümlədən seçki prosesi ilə bağlı həm seçicilərə, həm namizədlərə, eləcə də seçki prosesini izləyən digər insanlara həqiqətlərin çatdırılması sahəsində medianın rolu əvəzsizdir. Belə ki, seçicilər namizədlər haqqında məlumatları, onların platformaları barədə informasiyaları mediadan əldə edirlər, namizədlər də özləri barəsində yazıları mediadan daha çox oxuyurlar: “Seçicilər də media vasitəsilə fikirlərini həm namizədlərə, həm də bütövlükdə cəmiyyətə çatdıra bilirlər. Bu qarşılıqlı mübadilə daim davam edən bir prosesdir. Əsas şərt ondan ibarətdir ki, media seçki prosesini tam obyektiv işıqlandırsın, məlumatlandırma funksiyasını qərəzsiz həyata keçirsin. Geniş maarifləndirmə funksiyasına malik media seçki qanunvericiliyinin və seçki ilə əlaqədar məsələlərin təbliği sahəsində çox ciddi rol oynaya bilər. Qarşıdan gələn seçkilərdə də medianın əsas vəzifəsi bütün prosesləri obyektiv işıqlandırmaqdan, seçki barədə cəmiyyəti və beynəlxalq ictimaiyyəti qərəzsiz şəkildə məlumatlandırmaqdan ibarətdir”.
Onun sözlərinə görə, medianın vəzifəsinin nədən ibarət olduğu seçki qanunvericiliyində də tam təsbit olunub. Seçki Məcəlləsinin 77-ci maddəsində bu barədə bütün məlumatlar öz əksini tapıb: “Mərkəzi Seçki Komissiyasında 40-dan artıq media orqanı qeydiyyatdan keçib. Onlar seçkinin təbliğat-təşviqat mərhələsində iştirak etmək hüququ qazanıblar. Bununla yanaşı, online mediada və sosial şəbəkələrdə seçki prosesi ilə əlaqədar gərgin müzakirələr keçirilir, namizədlər müxtəlif təbliğat vasitələrindən istifadə edirlər. MSK-nın fəaliyyəti də obyektiv şəkildə mediada işıqlandırılmaqdadır. Normal, demokratik və sivil cəmiyyət seçki prosesini necə yaşayırsa, Azərbaycanda da eyni mənzərə müşahidə olunmaqdadır”.
Tədbirdə çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov seçki prosesindən, sosioloji sorğulardan, demokratik prinsiplərdən də söhbət açıb. MSK sədrinin müavini Azərbaycanın demokratik, ədalətli və azad seçkilər keçirmək arzusunu hər zaman ortaya qoyduğunu, bunu reallaşdırdığını da qeyd edib. N.Məmmədov seçki prosesini peşəkar səviyyədə müşahidə edən ixtisaslaşmış qurumların fəaliyyətindən də danışıb: “Burada da maraqlı məqamlar özünü göstərir. Misal üçün: ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu maksimum 350 nəfərlə seçki prosesini izləyir. Azərbaycanda isə 5500 seçki məntəqəsi, 125 seçki dairəsi, eyni zamanda, seçkinin keyfiyyətinə təsir edən çoxsaylı məqamlar var. 55 siyasi partiya qeydiyyatdan keçib, yüzlərlə namizəd var. Bələdiyyə seçkilərində bu namizədlərin sayı minlərlə olur. Seçkidən sonra bəzi qurumlar seçkilərə qiymət vermək istəyirlər. Nəzərə almaq lazımdır ki, onlar yalnız müşahidə etdikləri seçki məntəqələri üzrə qiymətləndirmə apara bilərlər. Əgər biz ümumi seçki məntəqələrini nəzərə alsaq, 350 müşahidəçi yalnız ümumi məntəqələrin 5 faizini əhatə edir. Bu, o deməkdirmi ki, beş faiz bütövlükdə seçkinin mahiyyətini açmaq gücündədir? Mən peşəkar müşahidə aparmaqdan söhbət edirəm. 56 min yerli müşahidəçi qeydə alınıb. Bu, hər məntəqədə 10 nəfərdən yuxarı müşahidəçi deməkdir. Çox maraqlıdır ki, əksər hallarda 56 min yerli müşahidəçinin fikri, bir qədər əvvəl söylənilən azsaylı beynəlxalq müşahidəçilərin fikirləri, mövqeləri ilə ziddiyyət təşkil edir. Hesab edirəm ki, bu gün müşahidə aparan istənilən qurum prosesi izləmək gücündə olmalıdır”.
MSK-nın seçki prosesində yeni təcrübəyə imza atdığını da vurğulayan N.Məmmədov: “Artıq 1000 seçki məntəqəsinin hər birində veb-kameralar quraşdırılıb. Məntəqə səsverməyə açılandan səsvermə başa çatana qədər həmin məntəqələrdəki səsverməni online rejimdə izləmək mümkündür. Əgər müşahidə aparan subyekt online formada seçki prosesini izləmək istərsə, bunun üçün daha geniş imkanlar yaratmışıq. Yox, əgər o, məntəqədə gedən proseslərə qiymət verməyəcəksə, digər məqamlara qiymət verəcəksə, bu zaman da ortaya başqa suallar çıxır. Seçkilərin qiymətləndirilməsi üçün ortada olan real vəziyyət bizi ürəkli, qətiyyətli olmağa səsləyir. Biz demokratik, azad, şəffaf, bərabərhüquqlu seçki keçiririk və hər kəsi də bu prosesi müşahidə etməyə, izləməyə çağırırıq. Yeri gəlmişkən, onu da qeyd etməliyəm ki, demokratik prinsiplərin formalaşdığı bir çox ölkələrdə, ümumiyyətlə, müşahidə institutu yoxdur. Amma bu, həmin ölkədə seçkilərin ədalətli keçirilməsini şübhə altına sala bilməz”, - deyib.
Avropa Şurasının Bakı ofisi rəhbərinin müavini Teymur Malik-Aslanov isə seminara qatıldıqları üçün hər kəsə minnətdarlığını çatdırıb. O qeyd edib ki, ötən ay Avropa Şurası və Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramı əməkdaşlıq çərçivəsinin ifadə azadlığı və media azadlığı adlı yeni layihəsinin təqdimatı, eləcə də informasiya əldə etmək mövzusunda “dəyirmi masa” keçirilib. Onun sözlərinə görə, bu tədbirlərin əsas məqsədi ifadə və informasiya azadlığını təmin etmək üçün daxili qanunvericiliyi Avropa Şurası standartlarına uyğun olaraq daha da təkmilləşdirməkdir: “Öz növbəsində jurnalistlərin ifadə azadlığı və media azadlığı sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığın artırılması da həmin məsələlər sırasındadır. Bugünkü seminar həmin layihə çərçivəsində keçirilən ikinci tədbirdir”.
Sonra çıxış edən Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev bu cür tədbirlərin əhəmiyyətindən danışıb.
Seminarın “Azərbaycan qanunvericiliyi və təcrübəsi üzrə təqdimatlar” bölümündə MSK üzvü Qabil Orucovun “Seçkinin mediada işıqlandırılması: Azərbaycan qanunvericiliyi”, MŞ İdarə Heyətinin üzvü Yadigar Məmmədlinin “KİV-in seçkiqabağı kampaniyada rolu” mövzusunda məruzələri dinlənilib. Seminarın “Seçkinin mediada işıqlandırılmasına dair Avropa standartları” bölümündə isə Avropa Şurasının eksperti Leyla Turcilo “Seçkinin mediada işıqlandırılmasına dair Avropa Şurası standartları və ən yaxşı Avropa təcrübələri” mövzusunda çıxış edib. Çıxışlardan sonra seminar müzakirələr və sual-cavabla davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

