Parlament seçkilərində son 4 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb
03.11.2015 [09:51]
Noyabrın 2-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Məclisə seçkilərdə son dörd seçki dairəsi üzrə səsvermənin ilkin nəticələrini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov bütün məntəqələrdən 100 faiz məlumatların daxil olduğunu bildirib və qalan dörd dairə üzrə liderlik edən namizədlərin adlarını diqqətə çatdırıb.
MSK sədri bildirib ki, 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə liderlik edən namizəd Əlizadə Araz Məmməd Mübariz oğludur. O, 8 min 626 etibarlı səs toplayıb. Bu da etibarlı səslərin 47,3 faizi deməkdir.
54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə liderlik edən namizəd Süleymanov Tahir Süleyman oğlu 19 min 232 etibarlı səs qazanıb. Bu, etibarlı səslərin 70,3 faizidir.
118 saylı Ağdam şəhər dairəsindən liderlik edən namizəd Əliyev Bəxtiyar Həmzə oğlu etibarlı səslərin 13 min 664-nü toplayıb. Bu da etibarlı səslərin 66,4 faizini təşkil edir.
121 saylı Laçın seçki dairəsi üzrə liderlik edən Abbaszadə Mahir Tapdıq oğlu etibarlı səslərin 16 min 28-ni, yəni 62,5 faizini toplayıb.
Məzahir Pənahov deyib ki, beləliklə, 5547 məntəqədən toplanmış məlumatlara görə, 125 liderlik edən namizədin adı artıq ictimaiyyətə bəllidir. Ümumi göstəricilər ondan ibarətdir ki, namizədlərin 21-i qadındır, 104-ü kişidir.
Partiya siyahılarına nəzər salsaq görərik ki, liderlik edən namizədlərin 69-u Yeni Azərbaycan Partiyasının, 2-si Vətəndaş Həmrəyli Partiyasının nümayəndələridir. Ana Vətən Partiyasından 1, Azərbaycan Demokratik Maarifçilik Partiyasından 1, Azərbaycan Sosial Rifah Partiyasından 1, Azərbaycan Sosial Demokrat Partiyasından 1, Vəhdət Partiyasından 1, Milli Dirçəliş Hərəkatı Partiyasından 1, Demokratik İslahatlar Partiyasından 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından 1, Böyük Quruluş Partiyasından 1 nəfər liderdir.
Beləliklə, seçkilərin nəticələrinə görə Milli Məclisə 10 siyasi partiyanın nümayəndələrindən liderlik edənlər var. Qalan yerlərə liderlik edənlər seçkilərdə öz təşəbbüsləri ilə iştirak edənlərdir.
İndiyədək Mərkəzi Seçki Komissiyasına seçkilərin nəticələrinə kölgə sala biləcək hər hansı müraciət daxil olmayıb. Komissiya üç gün ərzində müraciətləri qəbul edəcək. Bu müraciətlər dəqiq şəkildə araşdırılacaq, hansısa çatışmazlıq üzə çıxsa onda müvafiq tədbirlər görüləcək.
Ümumilikdə 125 yerə liderlik edən namizədlərdən 27-si yeni nümayəndələrdir. Bu da təxminən Milli Məclisin 22 faiz yeniləşməsi deməkdir. Bu, çox yaxşı göstəricidir.
Diqqətə çatdırılıb ki, aşağı seçki komissiyalarının fəaliyyəti hər seçkidən-seçkiyə daha da təkmilləşir.
Bütün məntəqələrdə səsvermə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq keçirilib. Maraqlanan tərəflərə bütün məlumatlar təqdim edilib. Bizdə belə bir əminlik var idi ki, seçkilər tam normal keçəcək və bu, öz təsdiqini tapdı. Ümumiyyətlə, seçkilərdə Azərbaycan ictimaiyyəti kifayət qədər yetkinlik nümayiş etdirdi, bu və ya digər tərəflərin populist yanaşmalarını ciddi qəbul etmədi. Bu, çox əhəmiyyətli bir göstəricidir. Xalqın münasibəti hər şeyin fövqündə dayanır. Əgər Azərbaycan ictimaiyyəti seçkilərdən razıdırsa MSK özünü məqsədinə çatmış hesab edə bilər. Dünənki seçkilər bunu bir daha nümayiş etdirdi.
Qeyd edilib ki, səsvermənin gedişi zamanı həm ölkə daxilində, həm də xarici ölkələrdən veb-kameralar vasitəsilə 200 minə yaxın baxış olub. Bunun 60 faizə yaxını kompyuterlər vasitəsilə, 40 faizə yaxını isə mobil telefonlar vasitəsilə olub. Bu, çox böyük rəqəmdir. Bu rəqəm seçkidən-seçkiyə getdikcə daha da artacaq. Veb-kamera praktikası tətbiq ediləndə bəzi dairələr tərəfindən hansısa fikirlər söyləmək cəhdləri olurdu, amma biz həmişə arqumentlərlə izah edirdik ki, seçkilərdə şəffaflığın təmini üçün müasir texnologiyaların tətbiqini ancaq alqışlamaq lazımdır.
Diqqətə çatdırılıb ki, MSK-ya daxil olacaq protokollar Seçki Məcəlləsinin tələbinə uyğun şəkildə qəbul edilib rəsmiləşdiriləcək və araşdırılacaq. Kütləvi informasiya vasitələri də bu prosesdə yaxında iştirak edə bilər.
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

