Kamal Abdullayev: Azərbaycan tolerantlığı dünyaya örnəkdir
17.11.2015 [10:21]
Noyabrın 16-da Bakıda “Kempinski Badamdar” otelində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşkilatçılığı ilə Beynəlxalq tolerantlıq gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev ölkəmizdəki tolerant mühitdən danışıb. Bildirib ki, Azərbaycan dövləti təkcə müxtəlif dinlərə ibadət edən, müxtəlif mədəniyyətlərin daşıyıcısı olan, müxtəlif dillərdə danışan insanların - vətəndaşlarının hüquq və azadlıqlarının təminatçısı deyil, eyni zamanda bu insanların ulu babalarının qurub-yaratdıqları abidələri, bu günə qədər yaşatmış olduqları mədəniyyəti, dili qorumaqdadır. Ölkəmizdə dövlət hesabına məscidlər, imamzadələr, müqəddəs ziyarətgahlar, eyni zamanda katolik və pravoslav kilsələri, sinaqoqlar təmir və bərpa edilir, insanların istifadəsinə verilir. Son illərdə Prezident İlham Əliyevin apardığı bu humanist siyasətlə ölkəmiz ötən on il ərzində dinlərarası, millətlərarası münasibətlərdə artıq dünya üçün bir örnək olmaqdadır. Dövlətimizin başçısı ölkəmizdə dini, milli və multikultural məsələlərə daha həssas şəkildə yanaşmaq və bu istiqamətdə sistemli siyasət həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətini, daha sonra isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini yaradıb.
Daha sonra Beynəlxalq tolerantlıq günü münasibətilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmiş şəxslərə diplomlar təqdim edilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, müstəqil Azərbaycanda tolerantlıq və multikulturalizm təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət strategiyasının əsasını təşkil edir. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan tarix boyu sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşib. Əsrlər boyu bu qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamışlar. Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma, yaxud anlaşılmazlıq olmayıb və yoxdur. İctimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda xalqlar qarşılıqlı hörmət və anlayış şəraitində yaşayıblar.
Digər çıxış edənlər də ölkəmizdəki multikultural dəyərlərdən bəhs edərək bildiriblər ki, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun əsaslarını yaradıb. Məscid, kilsə və sinaqoqların dövlət tərəfindən bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə qarşılıqlı anlaşma hökm sürür.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Ulu öndər Heydər Əliyevə həsr etdiyi elegiya nümayiş olunub.
Tədbir musiqi proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

