İsveçin mədəniyyət və demokratiya naziri Azərbaycandakı tolerantlıq barədə məlumatlandırılıb
21.11.2015 [10:28]
Stokholmda səfərdə olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçin mədəniyyət və demokratiya naziri xanım Alise Bah Kuhnke ilə görüşüb.
Nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini icmasının sədri Gennadi Zelmanoviç və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov olub.
Nazir Alise Bah Kuhnke bu görüşün ölkələrimiz üçün faydalı olacağına inandığını deyib. İsveçli nazir ölkəsinin daxili siyasəti və müxtəlif dəyərləri barədə məlumat verib. O, irqçilik, terrorizm və qaçqın məsələləri kimi çağırışların İsveçin ən böyük problemləri olduğunu söyləyib. İsveçdə fərqli dinlərin təmsilçilərinin dövlət tərəfindən dəstəkləndiyini bildirən nazir bununla bağlı milli agentliyin də mövcud olduğunu diqqətə çatdırıb. Bu gün xalqlar arasında mədəni əlaqələrin, dinlərarası dialoqun müxtəlif problemlərin həlli üçün açar rolunu oynadığını vurğulayan Alise Bah Kuhnke bu baxımdan belə səfərlərin vacibliyini qeyd edib.
Dövlət müşaviri Kamal Abdullayev görüşdə son vaxtlar dünyanın bir çox yerlərində törədilən terror aktlarını pisləyib. Dünya ölkələrinin belə hadisələrin qarşısını almaq üçün birgə iş aparmalı olduğunu deyən Kamal Abdullayev dini dözümlülüyün və tolerantlığın bu məsələdə vacibliyini vurğulayıb.
Ölkəmizin multikulturalizm, dini dözümlülük və tolerantlıq ənənələrindən, Azərbaycan dövlətinin bununla bağlı apardığı siyasətdən danışan Dövlət müşaviri multikultural təhlükəsizliyin mahiyyəti barədə söhbət açıb. O, etnik, dini və s. mənsubiyyətindən asılı olmayaraq müxtəlif xalqların cəmiyyətdə qorunmalı olduğunu bildirib.
Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını və bu istiqamətdə böyük işlər gördüyünü diqqətə çatdıran Kamal Abdullayev ölkəmizdə müxtəlif konfessiyaların, dinlərin, millətlərin və dillərin təmsilçilərinə yanaşmada bərabər münasibətin olduğunu vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdəki dini dözümlülük və tolerantlıq ənənələrindən danışıb. Azərbaycanda bütün dinlərə hörmətlə yanaşıldığını deyən şeyxülislam bunun bir çox dünya ölkələrində təəccüblə qarsalandığını, lakin ölkəmizdə adi bir hal olduğunu bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, Azərbaycan dövləti ölkədə yaşayan xalqların milli müxtəlifliyi və mədəni dəyərlərini qoruyur. Prezident İlham Əliyevin bu istiqamətdə siyasətinin mahiyyətindən danışan A.Paşazadə Azərbaycanın multikulturalizm dəyərlərinin dünya ölkələrində təbliğ olunması üçün Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və Beynəlxalq Humanitar Forumun keçirildiyini bildirib.
Görüşdə çıxış edən din xadimləri Azərbaycanda yaradılan tolerant mühitdən və azadlıqlardan danışaraq bunun başqa ölkələr üçün bir model olduğunu vurğulayıblar.
Xəbər lenti
Hamısına baxGündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00

