“ADA” Universitetində görüş
05.12.2015 [11:18]
Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu dekabrın 4-də “ADA” Universitetində olub.
Baş nazir Əhməd Davudoğlunu və qonaqları “ADA” Universitetində salamlayan rektor, xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafında diplomatların da rolu böyükdür. Rəhbəri olduğu təhsil ocağı haqqında məlumat verən Hafiz Paşayev hazırda Türkiyənin bir çox universitetləri ilə əməkdaşlıq etdiklərini vurğulayıb. Hafiz Paşayev Baş nazir Əhməd Davudoğlunun ictimai-siyasi fəaliyyəti barədə auditoriyanı məlumatlandırıb. Rektor Baş nazir Əhməd Davudoğlunun Universitetə gəlişini tarixi hadisə adlandırıb.
“Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı qlobal çağırışlar qarşısında” adlı mühazirəsində Türkiyənin Baş naziri Əhməd Davudoğlu ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin olduğunu bildirərək deyib: “Bizim münasibətlər istənilən iki ölkə arasında olan əlaqələrdən çox fərqli və xüsusi bir yerə sahibdir. Bunun ən yaxşı ifadəsini Ulu öndər Heydər Əliyev “Bir millət, iki dövlət”, şairimiz Bəxtiyar Vahabzadə “Türkiyə və Azərbaycan, bir ananın iki oğlu” deyərək qeyd ediblər. Azərbaycan və Türkiyə bir ailədir. Biz ayrılmaz münasibətlərə sahibik”.
Ölkələrimiz arasında sıx iqtisadi əlaqələrin də olduğunu söyləyən Baş nazir qeyd edib ki, hədəfimiz qarşılıqlı sərmayə qoyuluşunu qısa müddətdə 20 milyard dollara, hazırda 5 milyard dollar olan ticarət dövriyyəmizi isə 15 milyard dollara çatdırmaqdır.
Türkiyənin Baş naziri ölkəsinin yürütdüyü xarici siyasətdən də geniş bəhs edib. Qeyd edib ki, Türkiyənin yürütdüyü xarici siyasətin əsasında insanlıq diplomatiyası durur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına toxunan Əhməd Davudoğlu Türkiyənin Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəklədiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan torpaqlarının hər bir qarışının geri qaytarılmasında Türkiyə ölkəmizin yanındadır. Əhməd Davudoğlu Azərbaycan ilə Türkiyənin Qafqazda daimi sülh yaratmaq niyyətində olduqlarını bildirib. Baş nazir regionda reallaşan, Türkiyə və Azərbaycanın əsas rol oynadıqları Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələrin əhəmiyyətindən danışıb, eyni zamanda, TAP, TANAP layihələrinin də regionun inkişafına verəcəyi töhfələrdən bəhs edib.
Sonda Baş nazir Əhməd Davudoğlu “ADA” Universitetinin tələbələrinin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxAnalitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51

