Avropa Parlamenti nümayəndə heyətinin Azərbaycanda görüşləri başlayıb
13.02.2016 [11:26]
Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski və Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradilin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanda görüşləri başlayıb.
Fevralın 12-də nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşüb. Oqtay Əsədov Azərbaycanın Avropa İttifaqı və onun strukturları ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini söyləyib. Milli Məclisin sədri bu səfərin Avropa İttifaqı və Avropa Parlamenti ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olacağını qeyd edib. Bildirilib ki, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir.
Oqtay Əsədov hazırda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşılıqlı əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. O, Avropa Parlamentinin yüksək vəzifəli şəxslərinin, deputatlarının Azərbaycana səfərlərinin intensivləşməsinin bu əlaqələrin əhəmiyyətini bir daha təsdiqlədiyini diqqətə çatdırıb.
Avropa Parlamentinin deputatı, Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil Azərbaycanda gördükləri inkişaf proseslərindən məmnun olduqlarını söyləyib. O, Avropa Parlamentinin Azərbaycan ilə münasibətlərin inkişafına daim böyük diqqət göstərdiyini qeyd edib. Yan Zahradil əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün zəruri səylərin göstəriləcəyini vurğulayıb.
* * *
Həmin gün Avropa Parlamentinin nümayəndə heyəti Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa Parlamenti və Mühafizəkarlar və İslahatçılar Alyansı arasındakı münasibətlərin mövcud vəziyyəti, perspektivləri müzakirə edilib. Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində Avropa Parlamentinin və Mühafizəkarlar və İslahatçılar Alyansının rolu məsələsinə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı təhlükəsizlik, enerji məsələlərindən danışılıb, Azərbaycanın Avropa institutları ilə əlaqələrinin intensivləşdirilməsi, “Cənub” qaz dəhlizi layihəsinin reallaşdırılması, nəqliyyat-kommunikasiya sistemlərinin yaradılması və inkişafında Avropa strukturları ilə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Qonaqlar Avropada mövcud problemlərin, xüsusən də qaçqın probleminin, transmilli və regional məsələlərin həllində yaxından kömək göstərdiyinə görə Azərbaycan Prezidentinə təşəkkür ediblər. Bildirilib ki, Azərbaycanın bugünkü potensialı, ölkədə həyata keçirilən islahatlar onun Avropanın tamhüquqlu tərəfdaşı kimi bütün regionda, o cümlədən qitədə cərəyan edən proseslərdə yaxından iştirakına əsas yaradır.
Görüşdə Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski Azərbaycan ilə bağlı qəbul edilən qərəzli qətnamələrə Avropanın digər rasional düşüncəli, proseslərə açıq gözlə baxan deputatları ilə birlikdə həmişə qarşı çıxdıqlarını və qarşı çıxmaqda da davam edəcəklərini deyib. O, Avropa Parlamentində Azərbaycan ilə dostluq qrupunun Azərbaycanın haqq səsinin, xüsusən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ədalətli mövqeyinin dəstəklənməsində, ölkəmizə qarşı təzyiqlərin qarşısının alınmasında fəaliyyətinin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. “Biz Azərbaycanın haqq səsinin Avropaya yayılmasında fəal iştirak edəcəyik”, - deyə Riçard Çarnetski əlavə edib.
Görüşdə Azərbaycanı Mühafizəkarlar və İslahatçılar Alyansında təmsil edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev də iştirak edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

