Rus zabiti Tverdoxlebovun "erməni genosidi" haqqında etirafları
25.04.2009 [12:16]
Ermənilərin dünya ictimaiyyətinə sırımaq istədiyi qondarma “erməni soyqırımı”nın yalan olması ilə bağlı yeni faktlar ortaya çıxır. Artıq dünyanın nüfuzlu mətbuat orqanları da bu haqda geniş məqalələr dərc etməkdədir. Bununla yanaşı, qondarma “erməni soyqırımı”nı ifşa edən mənbələr də yetərincədir. Bunlardan biri rusiyalı yazıçı-publisist Yevqeniy Mixayloviç Boqatın əsəridir. Yazıçı öz əsərində yalanla həqiqəti üzə çıxarmağa çalışıb: “Yalanın həqiqətlərdən fərqi ondadır ki, birinci total xarakter daşıya bilər, həqiqət isə yox. Həqiqət köhnə şübhələri aradan qaldırır, yeni fikirlər meydana gətirir. Həqiqət universal olduğu üçün, o, total xarakter daşıya bilməz. Yalanın gücü onun total xarakter daşımasındadır və o buna məhkumdur. Həqiqətin isə universal olması onu əbədiyaşar edir”.
Məşhur rus yazıçısı Boqatın bu fikirlərini 1915-ci il Osmanlı imperiyası dövründə guya ermənilərə qarşı törədilmiş uydurma “erməni soyqırımı”na inanan, amma əslində ermənilərin türklərə qarşı törətdikləri vəhşiliklərdən xəbərsiz olan ABŞ, Rusiya və Avropa ölkələrinin siyasətçilərinin də oxuması heç də pis olmazdı.
1918-ci ildə ermənilərin türklərə qarşı törətdikləri vəhşiliklərin canlı şahidi olmuş rus zabiti, podpolkovnik Tverdoxlebovun fikirləri ilə tanış olmaq yerinə düşər. ümid edirik ki, bu sənədlə tanış olduqdan sonra ABŞ, Rusiya və Avropanın ən yüksək rütbəli diplomatlarına da aydın olacaq ki, həqiqətlə yalanın fərqi nədədir.
Halbuki, təqribən bir əsrə yaxındır dünyadakı erməni təbliğat maşını bunun tam əksini söyləyir və nə vaxtsa əsl həqiqətin üzə çıxacağını heç arzulamır. Həqiqət isə universal və əbədiyaşar olduğu üçün, o mütləq üzə çıxıb və ermənilərin həqiqi üzünü göstərəcək. Beləliklə, rus zabitinin etiraflarına diqqət yetirək: “Ermənilərlə türklər arasında baş vermiş tarixi hadisə Avropa və Rusiya ictimaiyyətinin bu gün dərk etdiyi kimi deyil. Ermənilərin türklərə qarşı olan nifrəti tarixi köklərə malikdir. Ermənilər hər zaman özlərini məzlum, əzilən və yazıq xalq kimi qələmə verməyi bacarıb. Əlbəttə ki, onlar bu məsələdə din və mədəniyyət amilindən istifadə ediblər. Ermənilərlə qonşu olmuş ruslar isə bu xalqın nümayəndələrinin göstərildiyi kimi yazıq olmadıqlarını sübut edə bilərlər. Onlar hər zaman başqa xalqların mədəniyyətini mənimsəmiş və öz adlarından dünya ictimaiyyətinə təqdim etməyə çalışmışlar. Ermənilər Rusiya ordusunda hər zaman sonuncu element, lazımsız sort kimi qəbul edilib. Hər zaman çalışıblar ki, müxtəlif vasitələrdən istifadə edərək yüksək postlar ələ keçirsinlər. Bu niyyətlə onlar müharibələrdə döyüşlərdən yayınırdılar”.
Rus zabiti, həmçinin, ermənilərin türklərin başına gətirdiyi bəlalardan və vəhşiliklərdən də danışıb: “...Bir müddət keçəndən sonra Ərzincanda ermənilərlə türklərin qarşıdurması xəbərlərini eşitdim. General Odiçelidzedən aldığım məlumata görə, türklərə qarşı qətliamlar təşkilatlanmış şəkildə həyata keçirilirdi. Həmin hadisələr zamanı 800-dən artıq günahsız türk vəhşicəsinə qətlə yetirilmişdi. Ermənilər türklərin başını kəsərək və bir-bir sayaraq quyulara atırdılar. Qaniçən ermənilər bir-birilərinə deyirdilər: “Nə, burada 80 baş ola bilməz. Onunu da qoymaq lazımdır. Yenə baş kəs”. Ermənilər əsir götürülmüş türkləri bir-bir apararaq başlarını kəsirdilər. Ərzincan qətliamından sonra silahlanmış ermənilər Ərzuruma tərəf getdilər. Eyni vəhşilik və qəddarlıq burada da özünü göstərdi”.
Rus zabitinin xatirələrindən də görünür ki, ermənilər hər zaman türklərə qarşı nifrət bəsləmiş və əllərinə şans düşən kimi onlara qarşı qətliamlar həyata keçirmişlər. Bu qətliamlar isə xüsusi vəhşiliklərlə, qəddarlıqlarla müşayiət olunub.
Bu gün isə ermənilərin özlərinin türklər tərəfindən “soyqırım”a məruz qalmaları ilə bağlı apardıqları təbliğat köklü şəkildə yalandır. Əminik ki, bu cür faktlar qondarma “erməni soyqırımı”nı tanıyan və ya tanımaq üzrə olan ölkələri bu addımlarına yenidən baxmağa vadar edəcək.
Day.az saytında yerləşdirilmiş materiallardan istifadə olunub
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55

