Azərbaycan ilə Türkiyə arasında hüquqi əlaqələr inkişaf edir
19.04.2016 [09:53]
Aprelin 18-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin Ali Məhkəməsinin sədri İsmail Rüştü Ciritin rəhbərlik etdiyi və tərkibinə Türkiyə Ali Məhkəməsinin baş prokuroru Mehmet Akarcanın və Ədliyyə Akademiyasının rəhbəri Yılmaz Akçilin də daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərini vurğulayan nazir bu əlaqələrin inkişafında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini, dövlət və hökumət başçılarının müntəzəm qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb. Nazir son vaxtlar Türkiyədə baş vermiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib, ölkələrimizin ikitərəfli səviyyədə səmərəli əməkdaşlığını, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birinə dəstək olduğunu vurğulayıb.
Fikrət Məmmədov zəngin müqavilə bazasına söykənən hüquqi əlaqələrin inkişafından məmnunluğu ifadə edib, iki ölkənin Ədliyyə nazirlikləri və Ədliyyə akademiyaları arasında imzalanmış əməkdaşlığa dair sənədlərin ədliyyə və məhkəmə orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə əlavə şərait yaratdığını bildirib.
Qonaqlara Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ədliyyə və məhkəmə islahatları barədə ətraflı məlumat verilib. Hakimlərin Avropada ən şəffaf seçiminə, onların tədrisinə toxunularaq qardaş ölkənin Ədliyyə Akademiyasının dəstəyi ilə bütün hakimliyə namizədlərin Türkiyədə təmənnasız nəzəri və praktiki təlimlər keçdiyi təqdir olunub.
Xalqlarımızın qəlbən bir-birinə bağlı olduğunu, dostluq və qardaşlıq, əməkdaşlıq münasibətlərimizin Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin ideyalarına uyğun olaraq, bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyən İsmail Rüştü Cirit Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Türkiyəyə səfərini və dövlət başçılarının keçirdiyi ikitərəfli səmimi görüşü xatırladıb. O, Azərbaycanda olmağından məmnunluğunu ifadə edərək səfər zamanı ölkəmizin hərtərəfli tərəqqisinin, o cümlədən məhkəmə-hüquq sistemində əldə etdiyi nailiyyətlərin şahidi olduğunu vurğulayıb. Qonaqlar məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlara böyük maraq göstərərək qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi arzusunda olduğunu söyləyib, yaxşı təcrübələrin mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd ediblər.
Türkiyə Ali Məhkəməsinin sədri bir müddət öncə Qarabağda qoşunların təmas xəttində Ermənistanın təxribatının qarşısının alınmasında Azərbaycan Ordusunun zəfərləri münasibətilə təbrik edib, baş vermiş hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib və bu münaqişənin həllində Türkiyənin dəstəyini ifadə edib.
Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri, o cümlədən elektron məhkəmənin tətbiqi və maraq doğuran digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun da görüşdə iştirak edib.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

