/ / Rauf Əliyev: Azərbaycan hərtərəfli inkişaf etmiş demokratik dövlətdir və bu inkişaf uğurla davam edəcək
Rauf Əliyev: Azərbaycan hərtərəfli inkişaf etmiş demokratik dövlətdir və bu inkişaf uğurla davam edəcək
28.04.2016 [10:11]
“Azadlıq” qəzetində vaxtı ilə ABŞ-ın Azərbaycandakı səfirliyində işləmiş, hazırda isə “insan hüquqlarının müdafiəsi” ilə məşğul olan Rebekka Vinsentin “Azərbaycandakı siyasi məhbuslar yaddan çıxmamalıdır” başlıqlı məqaləsinin tərcüməsi çap olunub. Məqalə ilə tanış olduqda təəcüblənməmək mümkün deyil. Müəllif Azərbaycanda guya “siyasi məhbuslar” olduğunu, onların bir neçəsinin azadlığa buraxıldığını, digərlərinin hələ də həbsdə olduğunu iddia edir”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqları müdafiəsi təşkilatlarının əfv haqqında müraciətlərinə baxaraq, humanizm prinsipinə əsaslanaraq bir qrup şəxsin o cümlədən məqalədə qeyd olunan 14 nəfərin əfv olunması barədə 17 mart 2016-cı il tarixində Sərəncam imzalayıb. Onun sözlərinə görə, həmin 14 nəfər şəxsin “siyasi məhbus” olması Rebekka Vinsentin subyektiv fikirləridir.
“Bu şəxslər də digər məhkumlar kimi Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə görə məhkum olunublar. Azərbaycan Prezidentinin bu humanist addımı dünyanın nüfuzlu dövlətləri və qurumları, o cümlədən ABŞ, Fransa, Avropa Birliyi və Avropa Şurası tərəfindən yüksək qiymətləndirilib. Məhkəmə qərarları ilə şəxslərin azadlığa buraxılması ancaq məhkəmənin hüququdur. Məhkəmələrin işinə heç kim müdaxilə edə bilməz. Qeyd etmək lazımdır ki, “siyasi məhbuslar” məsələsi anti-Azərbaycan qüvvələri tərəfindən vaxtaşırı Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Maraqlıdır ki, özünü “insan hüquqlarının müdafiəçisi” sayan Rebekka Vinsent nə üçün mövcud olmayan “siyasi məhbuslar”ın” hüquqlarından söz açır, ancaq Ermənistan tərəfindən öz ata-baba yurdlarından qovulmuş bir milyondan artıq azərbaycanlı qaçqın və köçkünlərin pozulmuş hüquqlarından danışmır”, - deyən millət vəkilinin fikrincə həmin məqalənin indi çap olunması təsadüfi deyil.
Onun sözlərinə görə, məqalə beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycana, onun paytaxtı Bakı şəhərinə yönəldiyi bir vaxtda yazılıb: “BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Formunun Bakıda yüksək səviyyədə keçirilməsi, dünyanın 140-dan artıq dövlətinin 3 minə yaxın nümayəndələrinin bu tədbirdə iştirakı Azərbaycanın beynəlxalq aləmdəki artan nüfuzundan xəbər verir. Əlbəttə, anti-Azərbaycan qüvvələr və onların Azərbaycandakı əlaltıları belə möhtəşəm tədbirin Azərbaycanda yüksək səviyyədə keçirilməsindən narahat olurlar. Onlar yalnız şər və böhtanlarla Azərbaycanın imicinə ləkə vurmağa cəhd göstərirlər. Ancaq bu cəhdlər əbəsdir. Azərbaycan hərtərəfli inkişaf etmiş demokratik dövlətdir və bu inkişaf uğurla davam edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

