“Heydər Əliyev irsində hərb tarixi” mövzusunda elmi konfrans keçirilib
05.05.2016 [10:02]
Mayın 4-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Heydər Əliyev irsində hərb tarixi” mövzusunda elmi konfrans keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən konfrans müdafiə naziri Zakir Həsənovun təsdiqlədiyi “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2016-cı ildə elmi iş planı”na əsasən təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ali təhsil, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin nümayəndələri, idarə və elmi mərkəzlərdən 350-dən artıq təmsilçi iştirak edib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Sonra təbrik sözü ilə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrimizin təməlinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Nazir Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin bu gün regionun ən güclü ordusu olduğunu qeyd edib. Hərb tarixinin aktual problemlərindən və prioritet inkişaf istiqamətlərindən danışan Zakir Həsənov konfrans iştirakçılarına müvəffəqiyyətlər arzulayıb.
“Heydər Əliyev irsində hərb tarixi” adlı filmin nümayişindən sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan Ordusunun yaradılmasında misilsiz uğurlarından danışıb. Akademik Azərbaycan Ordusunun son nailiyyətlərinin cəmiyyətdə yaratdığı inam və ruh yüksəkliyindən söz açıb, konfransın əhəmiyyətini yüksək qiymətləndirib.
Sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyevin, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyevin, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının və Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyevin məruzələri dinlənilib.
Məruzələrdən sonra konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.
Konfransın plenar hissəsinin sonunda Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Plenar hissədən sonra konfrans işini “Heydər Əliyev və Azərbaycanda hərb tarixi elminin əsas istiqamətləri” mövzusunda məruzə və müzakirələrlə davam etdirib.
Çıxışlarda bildirilib ki, elmi cəhətdən mühüm əhəmiyyət kəsb edən bu tədbir qarşıya qoyulan bir sıra məsələlərin həllində mühüm rol oynayır. Burada səsləndirilən çıxışlar, məruzələr, o cümlədən 40 müəllif tərəfindən konfransın təşkilat komitəsinə daxil olmuş 25-dən artıq elmi məqalə müvafiq jurnallarda dərc olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

