BMT-nin rezident əlaqələndiricisi: Azərbaycanda yüksək səviyyəli multikultural mühit mövcuddur
14.06.2016 [10:34]
BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsakzai iyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) olub.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə DQİDK-nın sədri Mübariz Qurbanlı yaxın günlərdə fəaliyyətinin 15 illiyini qeyd edəcək Dövlət Komitəsinin yaranma tarixindən danışıb. O, komitənin Ulu öndər Heydər Əliyev tərəfindən dövlətin din siyasətinin yüksək səviyyədə həyata keçirilməsi üçün yaradıldığını və bu istiqamətdə qarşısına mühüm vəzifələr qoyulduğunu deyib.
Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin olmadığını deyən M.Qurbanlı ölkəmizin dünyaya tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb. O, Azərbaycanın tarixi tolerantlıq ənənələrinə malik ölkə olduğunu, burada müxtəlif millətlərin nümayəndələrinin yaşadığını və onların respublikamızda fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlarda dini ayinlərini sərbəst icra etdiklərini bildirib. Komitə sədri qeyd edib ki, biz bütövlükdə dini radikalizmin əleyhinəyik və ölkəmizdə radikal meyillərin yayılmasının qarşısının alınması üçün bütün tədbirlər görülür. Bu istiqamətdə tədbirlərin “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanuna müvafiq formada həyata keçirildiyini deyən M.Qurbanlı dini radikalizmlə mübarizənin hüquqi, iqtisadi və ideoloji təbliğat olmaqla üç istiqamətdə aparıldığını bildirib.
Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkərək vurğulayıb ki, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam dininə aid bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar dağıdılıb. Sədr BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin boşaldılmasına dair 4 qətnamə qəbul etdiyini, amma bu qətnamələrə əməl olunmadığını xatırladıb. Qeyd edib ki, BMT kimi nüfuzlu beynəlxalq təşkilatın qətnamələrinin yerinə yetirilməməsi bu quruma olan etimada mənfi təsir göstərir.
Qulam İsakzai ölkəmizdə mühüm dəyişikliklərin şahidi olduğunu, bu inkişafın Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində baş verdiyini vurğulayıb.
Bildirilib ki, BMT-nin baş katibi tərəfindən dini radikalizm və ekstremizmlə mübarizə istiqamətində tədbirlərin gücləndirilməsi ilə bağlı geniş işlər görülür. Bu istiqamətdə BMT-nin baş katibi tərəfindən “Zorakı ekstremizmin qarşısının alınması üzrə Fəaliyyət Planı” təsdiq edilib.
Dünyada cərəyan edən gərgin siyasi proseslər və müsəlman dünyasında müşahidə edilən terror dalğası fonunda Azərbaycanda mövcud olan multikultural və tolerant mühiti yüksək dəyərləndirən BMT-nin rezident əlaqələndiricisi Dövlət Komitəsi ilə sıx əməkdaşlıq etmək niyyətində olduqlarını diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

