/ / Roman Əliyev: Dünya Azərbaycanlılarının IV Qurultayı diqqəti birlik və həmrəylik məsələlərinə yönəltdi
Roman Əliyev: Dünya Azərbaycanlılarının IV Qurultayı diqqəti birlik və həmrəylik məsələlərinə yönəltdi
15.07.2016 [09:48]
Dünya Azərbaycanlılarının IV Qurultayı çox konstruktiv, eyni zamanda emosional idi. Bunu AZƏRTAC-a müsahibəsində Riqadakı “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Latviya Prezidenti yanında Milli azlıqlar üzrə Məşvərət Şurasının sədri Roman Əliyev bildirib.
R.Əliyev qeyd edib ki, qurultayın keçirildiyi zalda inanılmaz ruh yüksəkliyi hökm sürürdü. Bütün iştirakçılar maraq və coşğu ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqindəki hər sözə qulaq kəsilirdi. Mərkəzin rəhbəri bildirib ki, diqqəti Prezidentin dünya azərbaycanlılarına ünvanlanan birlik və həmrəylik çağırışına yönəltmək istəyir.
Roman Əliyev əmindir ki, birlik - öz xalqı və vətəninin təəssübkeşi olmaq, Azərbaycanın maraqlarını müdafiə etmək, regionda sülh və inkişaf naminə Azərbaycan torpaqlarını işğaldan azad etmək zərurətini dünyaya çatdırmaq deməkdir. O deyib: “Əlbəttə, diaspor və lobbi təşkilatlarının rolunu artırmalıyıq, yaşadığımız ölkələrdə bütün siyasi və sosial-iqtisadi proseslərdə daha fəal iştirak etməliyik”.
Qurultayda diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı prioritet məsələlər müzakirə olunub. R.Əliyev bildirib ki, rəhbərlik etdiyi diaspor təşkilatı yaxın vaxtlarda “dəyirmi masa”lar, tematik çıxışlar və latviyalı tələbələr üçün ictimai mühazirələr təşkil etməyi planlaşdırır: “Bu tədbirlərdə Azərbaycanın tarixi və ölkəmizin uğurlarından danışılacaq. Qurultaydan sonra builki fəaliyyətimizin əsas prioriteti Latviya Universitetinin Akademik Kitabxanası ilə sıx əməkdaşlıqda Azərbaycan informasiya-təhsil mərkəzinin yaradılması olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25

