/ / İspaniya Senatının prezidenti: Azərbaycan ilə İspaniya arasındakı əlaqələr ümumi maraqlar əsasında inkişaf etdirilir
İspaniya Senatının prezidenti: Azərbaycan ilə İspaniya arasındakı əlaqələr ümumi maraqlar əsasında inkişaf etdirilir
11.11.2016 [10:15]
İspaniyanın Madrid və Mursiya şəhərlərində keçirilən “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusundakı konfranslarda iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti bu ölkədə səfərdədir.
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin və İspaniyanın Mursiya Katolik Universitetinin birgə təşkil etdiyi tədbirlərdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin ənənəvi dini konfessiya başçıları - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev və Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete iştirak edirlər.
Səfərin ilk günündə Azərbaycan nümayəndə heyəti İspaniya Senatında olub, Senatın prezidenti Pio Qarsia Eskudero ilə görüşüb.
Dövlət müşaviri Kamal Abdullayev Azərbaycan ilə İspaniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, bu səfərin reallaşmasından məmnunluğunu ifadə edib. O qeyd edib ki, qədim və dərin tarixi ənənələrə malik iki ölkənin münasibətlərinin bütün sferaları əhatə etməsi gələcəkdə xalqlarımızı daha da yaxınlaşdıracaqdır. Bu baxımdan mədəni, dini və digər humanitar sahələr üzrə qarşılıqlı səfərlərin əhəmiyyəti böyükdür. Kamal Abdullayev görüş iştirakçıları adından İspaniya Senatının prezidenti Pio Qarsia Eskuderonu Azərbaycana səfərə dəvət edib.
İspaniya Senatının rəhbəri bu gün baş tutan görüşdən məmnunluğunu ifadə edib. O, iki ölkəni birləşdirən dəyərlərin oxşar olduğunu vurğulayaraq ümumi maraqlar əsasında əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini önə çəkib. Ölkəsinin dinlərarası əməkdaşlığa böyük önəm verdiyini söyləyən Pio Qarsia Eskudero böyük ənənələrə malik İspaniya üçün bu səfərin verəcəyi töhfənin əhəmiyyətini vurğulayıb.
Görüşdə İspaniya Senatının başçısına məlumat verilib ki, Bakıda katolik kilsəsi inşa olunub, həmçinin iki papa - II İoann Pavel və Fransisk ölkəmizdə səfərdə olub. Bunun özü də Azərbaycandakı dini tolerantlığın bariz nümunəsidir.
Səmimi şəraitdə keçən görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Sonra Azərbaycan nümayəndə heyəti İspaniya Senatının binası, burada yerləşən qədim və zəngin kitabxana ilə tanış olub.
Daha sonra nümayəndə heyətinin üzvləri İspaniyanın Təhsil, Mədəniyyət və İdman Nazirliyində olublar. Burada Azərbaycan nümayəndə heyəti nazir müavini Fernando Venzo Saynz və nazirliyin universitetlər üzrə katibliyinin rəhbəri Xorxe Saynz Qonzales ilə görüşüb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev İspaniya tərəfini yeni hökumət qurulması münasibətilə təbrik edib. Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu siyasi kursu nəticəsində Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu baxımdan İspaniya ilə Azərbaycanı birləşdirən oxşar cəhətlər çoxdur. Məhz bu kursun davamı olaraq 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu il çərçivəsində ölkəmiz bir sıra mötəbər tədbirlərə ev sahibliyi edib.
İspaniyanın təhsil, mədəniyyət və idman nazirinin müavini Fernando Venzo Saynz bu tərkibdə nümayəndə heyəti ilə görüşdən çox məmnun olduqlarını deyib. Azərbaycanda müxtəlif dinlərə mənsub insanların sülh şəraitində yaşamasının onlarda xüsusi maraq doğurduğunu deyən nazir müavini iştirak etdiyi dini mövzulu konfranslarda bu baxımdan Azərbaycanın adının həmişə çəkildiyini vurğulayıb.
İspaniyada təhsil sisteminə toxunan Fernando Venzo Saynz ölkəsinin bütün bölgələrində təhsil səviyyəsinin eyni olduğunu söyləyib. O vurğulayıb ki, təhsil müəssisələrində oxuyanların dini və milli mənsubiyyətindən asılı olmayaraq, təlqin olunan əsas fikir mənəvi dəyərlərin qorunmasıdır. Hazırda İspaniyada bu baxımdan müzakirə olunan əsas məsələ orta məktəblərdə dinin məcburi fənn kimi tədrisinin önəmini aydınlaşdırmaqdır. Əsas məqsəd orta təhsildə dinin tədrisini istəyən və istəməyənlər arasında ortaq məxrəcə gəlməkdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Təklif olunub ki, Azərbaycandakı orta məktəblərdə ispan dilinin, İspaniyadakı ali məktəblərdə isə multikulturalizm fənninin keçirilməsi məsələləri ətrafında iş aparılsın. Azərbaycan hökumətinin universitetlərdə tədris etdiyi multikulturalizm fənni dünyanın 20-yə yaxın ölkəsində tədris proqramına salınıb. Həmçinin ölkələrimizin universitetləri arasında tələbə və müəllim mübadiləsi də əsas müzakirə mövzularından olub.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25

