Xosam Abu Meri: Azərbaycan Cənubi Qafqaz regionunda Latviyanın ən mühüm tərəfdaşıdır
06.01.2017 [09:32]
Latviya ilə Azərbaycan arasında parlamentlərarası münasibətlər sürətlə inkişaf edir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Latviya Seyminin deputatı Xosam Abu Meri deyib.
Deputat Azərbaycan ilə Latviya arasındakı sıx əməkdaşlıqdan danışaraq bildirib: “Son illər parlamentlərarası əlaqələrimiz möhkəmlənib və bu əməkdaşlıq Latviya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına önəmli töhfə verir”.
X.A.Meri vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda Latviyanın ən mühüm tərəfdaşıdır. Ən yüksək səviyyədə siyasi dialoq çox konstruktivdir: “Son illər Latviyanın bütün yüksək vəzifəli dövlət məmurları Azərbaycanda olublar. Ən mühüm səfərlər sırasında, əlbəttə ki, Latviya Respublikasının keçmiş Prezidenti Andris Berzinşin 2013-cü ildə Azərbaycana səfərini qeyd edə bilərəm. 2014-cü ilin fevralında Azərbaycan parlamenti ilə əməkdaşlıq edən deputat qrupu Bakıya səfər edib. 2016-cı ilin oktyabr ayında isə Latviya parlamentinin sədri İnara Murnietse Bakıda olub”.
Dostluq qrupunun sədri Aİ səviyyəsində Latviya-Azərbaycan əlaqələrindən də danışıb. “İki ölkə vətəndaşlarının səfərlərinin asanlaşdırılmasını əməkdaşlığın mühüm nailiyyətlərindən biri hesab edirəm. Hazırda Azərbaycan və Latviya arasında xidməti pasport sahibləri üçün viza rejiminin ləğv edilməsi barədə parlamentlərarası saziş razılaşdırılıb. Latviya və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində əməkdaşlığı genişləndirməyə kömək edən bir sıra sazişlər imzalanıb”, - deyə deputat vurğulayıb.
X.A.Meri bildirib ki, Latviya tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bildirib. Seymin 100 deputatından 53-ü Xocalı soyqırımı ilə bağlı Bəyanat imzalayıb. Deputat deyib: “Xocalı soyqırımı Azərbaycan tarixində faciəli gün, tarixi ədalətsizlikdir. Azərbaycanın səfirləri və digər vəzifəli şəxsləri ilə görüşlərində Latviyanın yüksək vəzifəli şəxsləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini dəfələrlə təsdiqləyiblər”.
Dostluq qrupunun sədri vurğulayıb ki, Azərbaycan həmişə regionda rolu yüksələn və çox sürətlə inkişaf edən ölkə kimi xarakterizə edilir.
Xəbər lenti
Hamısına baxDünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25

