/ / Hərbi ekspert: Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı qərar aprel döyüşlərinin real nəticəsidir
Hərbi ekspert: Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı qərar aprel döyüşlərinin real nəticəsidir
26.01.2017 [09:52]
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması aprel döyüşlərinin real nəticəsidir.
Bu fikri hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov AZƏRTAC-a açıqlamasında deyib.
Ş.Ramaldanov bildirib ki, aprel döyüşləri zamanı Silahlı Qüvvələrimiz mühüm strateji məntəqələri erməni işğalçılarından azad etdi və bununla da bir neçə istiqamətdə yaşayış məntəqələrinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşlərində Talış kəndi istiqamətində olan yüksəkliklər düşməndən azad olundu və ətraf yaşayış məntəqələrinin, o cümlədən Tap Qaraqoyunlu kəndinin təhlükəsizliyi təmin edildi. Lələtəpənin işğaldan azad edilməsi isə Cocuq Mərcanlının təhlükəsizliyini təmin etdi və kənddə yaşayış üçün imkan yarandı. Lələtəpədəki düşmən mövqeləri həm Cocuq Mərcanlı və onun ətrafı, həm də müəyyən qədər Horadiz qəsəbəsi üçün təhlükə yaradırdı. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprel döyüşləri zamanı verilmiş tapşırığı yerinə yetirdikdən sonra Cocuq Mərcanlı kənd sakinlərinin doğma evlərinə qayıdıb rahat yaşamaları üçün təhlükəsizlik tam təmin olundu.
Ekspert bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev həmişə olduğu kimi, əsasən təmas xəttinə yaxın olan yaşayış məntəqələrinin infrastrukturunun və orada yaşayan Azərbaycan vətəndaşlarının məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bu Sərəncam dövlətimizin başçısının bu sahəyə diqqətinin daha bir göstəricisidir.
“Bütün qaçqın və məcburi köçkünlərimiz kimi, Cocuq Mərcanlının sakinlərinin də uzun illərdir gözləri yolda idi. Azərbaycan Ordusunun aprel döyüşlərindəki qələbəsindən sonra Cocuq mərcanlılıların bu həsrətinə son qoyuldu. Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən bu yaşayış məntəqəsi bərpa olunacaq, orada yaşamaq üçün infrastruktur yaradılacaq və insanlar öz dədə-baba torpaqlarında rahat və təhlükəsiz yaşayacaqlar. Böyük qayıdışın başlanğıcı olan bu Sərəncam xalqımız, xüsusən də məcburi köçkünlər üçün olduqca xoş xəbərdir. Gün gələcək Azərbaycan Ordusu işğal altındakı digər torpaqlarımızı da azad edəcək və dövlətimizin başçısı həmin yaşayış məntəqələrinin bərpası və vətəndaşlarımızın dədə-baba torpaqlarına qayıtmaları ilə bağlı yenə belə sərəncamlar imzalayacaq”, - deyə hərbi ekspert qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25

