Eldar İbrahimov: Azərbaycan müsəlman dünyasının ən önəmli mərkəzlərindən biridir
18.05.2017 [09:50]
“Azərbaycan İslam, müsəlman dünyasının ən önəmli mərkəzlərindən biridir. Ölkəmiz hər zaman İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi də ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı olub”.
Bunu Modern.az-a Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. E. İbrahimov qeyd edib ki, Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman dövlətlərinə, bütövlükdə dünyaya bir mesajdır. Onun sözlərinə görə, hazırki şəraitdə İslam həmrəyliyi çox zəruridir: “Məhz bu həmrəylik sayəsində müsəlman dünyasında münaqişələri, problemləri həll etmək, qarşılıqlı əlaqələri daha da genişləndirmək mümkündür. Çox sevindirici haldır ki, Azərbaycan belə bir təşəbbüslə çıxış edib. Bu fakt bütün müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir”.
Bir neçə gün bundan əvvəl möhtəşəm açılış mərasimi ilə start götürən IV İslam Həmrəyliyi Oyunlarının da bir daha İslam aləmində birliyin və həmrəyliyin möhkəmləndirilməsinə böyük töhvə verəcəyini qeyd edən komitə sədri deyib ki, Azərbaycan, ümumiyyətlə, bu gün dünyada hər bir sahədə dialoq, əməkdaşlıq məkanıdır. “Azərbaycan son illər dünya, beynəlxalq və regional miqyaslı bir sıra nüfuzlu təbdirlərə, forumlara, idman və musiqi yarışmalarına ev sahibliyi edib və bu gün də etməkdədir. Bu da Azərbaycanın inkişafının, dünyadakı nufuzunun, sabitlik adası olmasının əyani göstəricisidir. Əgər Azərbaycanda inkişaf, tərəqqi, sabitlik olmasaydı, ölkəmiz bu cür nüfuzlu təbdirlərə, yarışmalara da ev sahibliyi edə bilməzdi. Bunlar da ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin yeritdiyi uzaqgörən və müdrik siyasət sayəsində mümkün olub. Bizim bəxtimiz onda gətirib ki, Heydər Əliyev kimi Ümummilli liderimiz, İlham Əliyev kimi Prezidentimiz var. Bu baxımdan da hesab edirəm və inanıram ki, bu günə kimi, Azərbaycan digər beynəlxalq forum və yarışmalara necə uğurlu, layiqli ev sahibliyi etməyi bacarıbsa, IV İslam Həmrəyliyi Oyunlarına da o cür uğurlu və layiqli ev sahibliyi edəcək. Birinci Avropa Oyunlarından sonra Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyəli ev sahibliyi etməklə, dünyada daha bir uğura, zəfərə imza atacaq, ölkəmizin regionda və beynəlxalq alımdə rolu, nüfuzu daha da artacaq. IV İslam Həmrəyliyi Oyunları da hələ uzun illər yaddaşlarda dərin və silinməz izlər buraxacaq. Hər kəs bu Oyunların xoş xatirələri ilə yaşayacaq...” - deyə, E.İbrahimov sözlərinə əlavə edib.
Komitə sədri daha sonra bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsində, yüksək səviyyəli hazırlıq və təşkilatçılıq işlərində ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın böyük və müstəsna xidmətləri var: “İstər ölkə Prezidenti cənab İlham Əliyev, istərsə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi üçün böyük əmək və zəhmət sərf ediblər. Oyunların bu cür yüksək səviyyədə baş tutması və keçirilməsi də ilk növbədə onların adı, zəhməti ilə bağlıdır. Bu baxımdan, həm cənab İlham Əliyevə, həm də Mehriban xanım Əliyevaya öz təşəkkür və minnətdarlığımızı ifadə edir, onlara Azərbaycan naminə fəaliyyətlərində bundan sonra da uğurlar, zəfərlər arzulayırıq”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31

