Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan həmsədrlərin XİN rəhbərlərinin BMT Baş Məclisinin sessiyası çərçivəsində görüşünün keçirilməsi təklifinə razılıq verib

Azərbaycan həmsədrlərin XİN rəhbərlərinin BMT Baş Məclisinin sessiyası çərçivəsində görüşünün keçirilməsi təklifinə razılıq verib

13.07.2017 [09:52]

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə keçirilmiş görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Məclisinin sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib. Həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək. 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O deyib: “Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsədrlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”.
Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb.

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30