Rusiya vasitəçi ölkə olaraq öhdəliklərini pozur
18.10.2017 [10:12]
İşğalçı Ermənistanı silahlandıran rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsində bitərəf olmadığını göstərir
Xəbər verildiyi kimi, Ermənistan hökuməti oktyabrın 12-də Rusiyadan alacağı 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Xatırladaq ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistanın “Smerç” reaktiv sistemləri, “İqla-S” zenit raket kompleksləri, “Avtobaza-M” radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacaq.
Göründüyü kimi, Rusiya Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışır. Həmçinin Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, öz öhdəliklərini pozur, münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə bitərəflik tələbinə əməl etmədiyini açıq şəkildə göstərir. Digər tərəfdən, Rusiyanın bu addımı ölkəmizlə olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir. Eləcə də Minsk qrupunun həmsədri olaraq vasitəçilik missiyasını üstlənən Rusiya bu silahlandırma ilə işğalçılıq siyasətinin həvəsləndirilməsinə və beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulmasına xidmət göstərir. Bunun qarşılığında Azərbaycan dövləti və ictimaiyyəti Rusiyadan daha ölçülüb-biçilmiş siyasət yürüdülməsini, işğalçı Ermənistana yardımlarını dayandırmasını və ATƏT-in Minsk qrupunun həmsədri kimi, öz missiyasını və üzərinə düşən öhdəliklərini yerinə yetirməsini gözləyir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, Rusiyanın Ermənistana silah verməsi regionda şəraitin daha da gərginləşməsinə yönəlib. Onun sözlərinə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana silah verməsi həm həmsədrlik mandatı, həm beynəlxalq normalar, həm də mənəvi baxımdan yanlışdır. Bu addım münaqişənin həllinə deyil, şəraitin daha da gərginləşməsinə yönəlib.
“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev də Rusiyanın işğalçı Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit verməsi ilə ATƏT-in Minsk qrupunun həmsədri kimi, öhdəlikləri pozduğunu dilə gətirib. A.Nağıyev qeyd edib ki, Rusiya münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə bitərəflik tələbinə əməl etmədiyini açıq göstərir: “Ermənistan bugünkü iqtisadi vəziyyəti ilə bu krediti qaytarmaq imkanında deyil. Rusiya Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışır. Rusiyanın Ermənistanı silahlandırması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna ziddir. İki ölkə arasında mühüm əlaqələr mövcuddur. Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç də bitərəf olmadığı və daha çox Ermənistanın maraqlarına uyğun hərəkət etdiyi aydın görünür”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17

