Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Oleq Medunitsa: Brüssel forumunda terrorizmin və separatizmin dünya üçün təhlükəyə çevrilməsi barədə ciddi mesajlar verildi

Oleq Medunitsa: Brüssel forumunda terrorizmin və separatizmin dünya üçün təhlükəyə çevrilməsi barədə ciddi mesajlar verildi

23.11.2017 [10:04]

Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən Beynəlxalq Forumda terrorizmin və separatizmin dünya üçün təhlükəyə çevrilməsi barədə ciddi mesajlar verildi.
Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında forumda iştirak edən Ukrayna Ali Radasının deputatı Oleq Medunitsa deyib.
Azərbaycanın da separatizmə və işğala məruz qaldığını xatırladan ukraynalı deputat bildirib ki, illərdir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmaması terrorizm və etnik separatizmin coğrafiyasının genişlənməsinə təsir edib. O vurğulayıb ki, bu gün dünyada baş verən münaqişələrin həlli məsələsində ikili standartlar mövcuddur. Bu amil də beynəlxalq separatizmin yayılmasına təkan verir.
“Təkcə keçmiş SSRİ ölkələri olan Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovada mövcud separatizm və münaqişələrə qarşı effektli mübarizə aparılsaydı, indi digər dövlətlərdə də yeni münaqişə ocaqları yaranmazdı. Beynəlxalq hüququn təməl prinsiplərinə əməl edilməməsi dünya səhnəsində təhlükəli proseslərə ayaq açıb”, - deyə O.Medunitsa əlavə edib.
Ukraynalı deputat vurğulayıb ki, dünya dövlətləri və beynəlxalq təşkilatlar işğalçılığa, separatizmə qarşı effektli mübarizə aparmalıdırlar.

Paylaş:
Baxılıb: 435 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30