Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib

25.11.2017 [00:21]

Noyabrın 24-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Hadi Rəcəbli Əmək Məcəlləsində, “Həmkarlar İttifaqları haqqında”, “Məşğulluq haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə qanun layihələri haqqında məlumat verib.
Qeyd edilib ki, sənədlər qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə göndərilib.
Diqqətə çatdırılıb ki, “Həmkarlar İttifaqları haqqında” Qanunun 20-ci maddəsinin ikinci hissəsinə edilən dəyişikliyə əsasən, işəgötürən həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqlarından üzvlük haqlarının tutulmasını təmin edir. “Məşğulluq haqqında” Qanunun 29.2-ci müddəasının yeni redaksiyasında bildirilir ki, qanun pozuntularında təqsirkar olan şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar. Qüvvədə olan variantda cinayət məsuliyyəti nəzərdə tutulmurdu. Əmək Məcəlləsinin bəzi maddələrində isə “təhqiq edilməsi”, “təhqiqatın aparılması” ifadələri daha uyğun olan “araşdırılması” sözü ilə əvəz olunur.
Komitə üzvləri təklif edilən dəyişikliklərin məqsədəmüvafiq olduğunu söyləyiblər və hər üç qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda habelə, qeyd edilib ki, komitə tərəfindən hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin ikinci oxunuşu zamanı bir sıra konstruktiv təkliflər səsləndirilib. Verilən təkliflər nəzərə alınıb, qanun layihəsinə bir sıra düzəlişlər edilib və bu istiqamətdə işlər davam etdirilir.

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30