“The Financial Times” qəzeti ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirib
23.12.2017 [09:45]
Ekspertlər bildirirlər ki, nəşrin saytında ölkəmizlə bağlı qərəzli məqalə yerləşdirməsi bir daha Azərbaycanın əldə etdiyi uğurların anti-azərbaycançı dairələri narahat etdiyini göstərir
Azərbaycanın sabit və davamlı inkişafından, ölkəmizin milli maraqlarının qətiyyətlə müdafiə olunmasından narahat olan xarici anti-azərbaycançı dairələr, ermənipərəst mərkəzlər ölkəmizin uğurlarına qarşı hər zaman qısqanclıqla yanaşıblar. Bu dəfə isə anti-azərbaycançı dairələr öz yalanlarını “The Financial Times” qəzeti vasitəsilə yaymağa çalışıblar. Belə ki, nəşrin “Avropa Şurası insan haqlarından imtina edir?” başlıqlı məqaləsində Azərbaycana qarşı açıq qərəz və iftira nümayiş etdirilir. Ermənipərəst dairələrə himayədarlıq etməyə çalışan mərkəzlərin sifarişi əsasında hazırlanan bu yazı birmənalı şəkildə erməni lobbisinin maraqlarına xidmət göstərir. Bu dəfə də subyektivliyi ilə seçilən böhtan dolu bu yazıda əsl həqiqət təhrif olunub, yalan, şər, təxribat və qərəz önə çıxarılıb. Vətəndaş cəmiyyətinin inkişafını, ölkəmizdə hökm sürən plüralizmi, insan hüquqlarının qorunması istiqamətində atılan mühüm addımları görməzdən gələn “yazı sifarişçiləri” ekstremizmi və terroru yayan, insan haqlarını kobud şəkildə pozan, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan haqqında bir cümlə belə yazmağı özlərinə “rəva bilməyiblər”. Bu isə həmin yazının ilk baxışdanca qeyri-ciddiliyini və qərəzliliyini ortaya qoyan faktlardır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib. Onun sözlərinə görə, son dövrlər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan uğurlu fəaliyyət, dünyada İslam həmrəyliyinin təmininə verdiyimiz töhfələr ermənipərəst dairələri narahat etməyə başlayıb: “Ən əsası Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirməsi ölkəmizə qarşı iftira kampaniyası aparan bu kimi mərkəzlərin yuxusuna haram qatıb. Bu gün Azərbaycanın ev sahibliyi etdiyi qlobal tədbirlərdə iştirak edən xarici nümayəndələr ölkəmizdə aparılan hüquqi, demokratik və modern dövlət quruculuğunu öz gözləri ilə görür və dəyərləndirir. “The Financial Times”ın qərəzə və subyektivliyə söykənən bu iddiaları tamamilə əsassızdır, böhtandır”.
Millət vəkili Sahib Alıyev də nəşrin yayımladığı bu məqaləni sifariş adlandırıb. Onun sözlərinə görə, bunun sifariş olduğunu hətta gizlədə də bilmirlər: “The Financial Times” qəzeti və “Spigel” dərgisində ölkəmizlə bağlı böhtan xarakterli iki yazının eyni vaxtda dərci və bu cızma-qaralarda eyni klişelərin yer alması onu göstərir ki, onlar eyni mərkəzin sifarişidir. Özü də sifarişçi o qədər həyasızdır ki, bunu gizlətmək belə istəmir. Hazırda Avropada gedən proseslərə yanaşmada baxışları o qədər də üst-üstə düşməyən iki müxtəlif ölkənin, yəni Böyük Britaniya ilə Almaniyanın aparıcı nəşrlərində nə həmin ölkələrin özlərinə, nə də yalanlarla dolu olduğundan onu dərc edən qəzetlə dərgiyə başucalığı gətirməyən yazıları yerləşdirtdirməklə güc sərgiləyir. Göstərmək istəyir ki, bu dərəcədə qüdrətlidir, əli hər yerə çatır, ona görə də maraqları nəzərə alınmalıdır. Amma BMT Baş Assambleyasındakı səsvermə göstərdi ki, güc və şantajla heç də həmişə iş keçirmək olmur. Azərbaycana yanaşmada güc və şantajdan istifadə ancaq əks effekt verib, verir və verəcək!”
Milli Məclisin üzvü Elman Məmmədov da bu tip yalanların zaman-zaman bəzi beynəlxalq təşkilatlar tərəfindən xarici nəşrlərdə yer aldığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycana qarşı yalan iddialar irəli sürən həmin dairələr terroru dəstəkləyən, bir milyona yaxın insanın hüquqlarını pozan Ermənistana qarşı susqunluq nümayiş etdirir, hər zaman insan haqları məsələsini prioritet kimi qəbul edən Azərbaycana qarşı çirkin böhtanlar yayır: “The Financial Times”ın yazdıqları birmənalı şəkildə qərəzdir və ermənipərəst mərkəzlərin sifarişidir. Bunu hər kəs görür və anlayır. Azərbaycan bu gün inkişaf yolunda uğurla irəliləyir. Ən əsası isə ermənilər Dağlıq Qarabağ münaqişəsinin yaxın zaman kəsiyində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin reallaşacağını görürlər. Bu səbəbdəndir ki, ölkəmizə qarşı qərəz və iftira dolu bir kampaniya həyata keçirməyə çalışırlar. Hər zaman olduğu kimi erməni lobbisinin ölkəmizə qarşı apardığı bu kampaniya da fiaskoya məhkumdur”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53

