Siyavuş Novruzov: 2018-ci ildə YAP bütün gücünü seçkilərə yönəldəcək
10.01.2018 [10:20]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:
- Siyavuş müəllim, 2017-ci il ümumilikdə Yeni Azərbaycan Partiyası üçün hansı uğurlarla yadda qaldı və 2018-ci ildə qarşıda duran vəzifələr nədən ibarətdir?
- Ümumiyyətlə, 2017-ci il həm dövlətimiz, xalqımız həm də Yeni Azərbaycan Partiyası üçün uğurlu il oldu. Belə ki, ötən il də ölkəmizin iqtisadiyyatı inkişaf etdi, sosial problemlərin həlli ilə bağlı lazımi addımlar atıldı, müxtəlif sahələrin inkişafı ilə bağlı bir sıra qərarlar qəbul olundu. O cümlədən, bildiyiniz kimi 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi ili” idi və bununla əlaqədar bütün islam ölkələrinin Azərbaycanla birlikdə İslam Oyunlarını keçirməsi və dünyaya bir mesaj verilməsi çox vacib amillərdən idi. Azərbaycanın beynəlxalq nüfuzunun artması, ölkəmizdə yeni iş yerlərinin açılması, kənd təsərrüfatının, sənayenin inkişafı və digər sahələrdə baş verən tərəqqi 2017-ci ildə ölkəmizdə xeyli uğurlar əldə olunduğundan xəbər verir. Mən xüsusilə iki məsələni qeyd etmək istərdim. Birincisi, bu il iki böyük layihə reallaşdı. “Əsrin Müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı baş verdi. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi Azərbaycanın beynəlxalq nüfuzuna, təhlükəsizlik sisteminə, müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edən amillərdən idi. Bu proseslər ardıcıl olaraq da davam etdirilməkdədir. Ən əsası xalq-iqtidar birliyinin daha da möhkəmlənməsi, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması vacib amillərdəndir.
2017-ci il YAP-ın həyatında da çox uğurlu bir il oldu. YAP-ın yaranmasının 25 illiyi tamam oldu. Yubiley ili ilə əlaqədar olaraq hakim partiya 25 ildə keçdiyi yola bir daha nəzər saldı. Azərbaycanın müstəqillik əldə etdikdən sonra qazandığı bütün nailiyyətlərində YAP-ın xüsusi xidmətləri var. Həm hakim partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti, həm partiyamızın Sədri, Prezident İlham Əliyevin apardığı siyasət və bütün bunlarla yanaşı ölkə iqtisadiyyatında, siyasətində YAP-ın üzvlərinin verdikləri töhfələr, o cümlədən partiyanın sıralarının artması, rayon təşkilatlarının maddi-texniki bazasının möhkəmlənməsi, üzvlüyə keyfiyyət baxımından daha çox insanların cəlb olunması, gəncləşməsi təqdir olunası hadisələrdəndir. Bir sözlə, bütün baş verənlər YAP-ın uğurlarıdır. Partiya bu istiqamətdə də öz fəaliyyətini davam etdirəcək. 2017-ci ildə YAP-ın üzvlərinin sayı 700 mini ötüb və ilk təşkilatlarının sayı 8 minə yaxındır. Təbii ki, bu da çox böyük göstəricidir. Əgər nəzərə alsaq ki, ölkəmizdə seçki məntəqələrinin sayı 5 minə yaxındır, YAP-ın isə 8 mindən artıq ərazi ilk partiya təşkilatı var, yəni hər bir məntəqə ətrafında partiyamızın azı bir və ya bir neçə ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir ki, bu da seçki prosesində qələbəni təmin etmək üçün çox mühüm amildir.
- 2018-ci il prezident seçkiləri ilidir. YAP seçkilərə necə hazırlaşır?
- Qeyd edim ki, biz hər bir seçkiyə qabaqcadan hazırlaşırıq. 2017-ci ildə ölkədə digər məsələlərlə yanaşı - iqtisadiyyatda, xarici və daxili siyasətdə, sənayedə, kənd təsərrüfatında uğurlar əldə olundu. Həmçinin 2017-ci il seçki ili olmadığına görə YAP partiyadaxili fəaliyyətinin möhkəmlənməsi ilə məşğul oldu. Partiyada ideya - siyasi işinin, təşkilati işin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən partiya Nizamnaməsinə uyğun olaraq YAP-ın rayon və şəhər təşkilatlarında konfransların keçirilməsi ilə məşğul oldu. Bildiyiniz kimi 84 şəhər və rayon təşkilatımız var. Bu 84 şəhər və rayon təşkilatında YAP ilin əvvəlindən başlayaraq, ilin sonunadək konfranslarını keçirdi və yekunlaşdırdı. Beləcə, yeni tərkib, heyət, şura, yeni nəzarət təftiş qrupları, o cümlədən müəyyən rayonlarda sədrlərin bu və ya digər səbəblərdən dəyişdirilməsi prosesi baş verdi. 2018-ci ilin başlanğıcında bizim rayon və şəhər təşkilatları həm maddi-texniki baza, təşkilati baxımından, həm də tərkib baxımından seçkilərin keçirilməsinə tam şəkildə hazırdır. Bununla bağlı bu yaxınlarda YAP-ın İdarə Heyətinin müvafiq toplantısı keçiriləcək. Burada 2017-ci ilə yekun vurularaq həm partiyanın statistik hesabatı, həm də digər məsələlər öz təsdiqini tapacaq. Həmçinin də qarşıda duran vəzifələr, tədbirlər planı müzakirə olunub əlavələr və düzəlişlərlə birlikdə qəbul olunacaq. 2018-ci il prezident seçkiləri ilə əlaqədar partiya seçki planını yazıb və hazırlayır. Bu il YAP bütün gücünü prezident seçkilərinə yönəldəcək. Təbii ki, bununla bağlı digər tədbirlər də var. Bildiyiniz kimi bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, eləcə də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd olunacaq. YAP bütün bu proseslərə hazırlaşır. Təbii ki, Azərbaycan dövlətinin də bununla bağlı müvafiq tədbirlər planı olacaq. Biz də öz planımızı o tədbirlər planına uyğunlaşdıracağıq. Bu baxımdan biz artıq yerlərdə kimlərin bu seçki prosesinə cəlb olunmasını, kimlərin imza toplayacağını, kimlərin təbliğat-təşviqat kampaniyasında iştirakını analiz və təhlil etdikdən sonra o qrupların hazırlanması, formalaşması, onlara treninqlərin keçirilməsini müəyyənləşdirəcəyik. Bu il həmçinin YAP öz namizədini irəli sürməlidir. Bütün seçkilərdə YAP aktiv iştirak edib və həmişə də qalib gəlib. 2018-ci il prezident seçkilərində də biz öz qələbəmizə inanırıq. Çünki bizim namizədin alternativi yoxdur. Bu baxımdan da partiyanın növbəti qurultayının çağırılması və qurultayda namizədin irəli sürülməsi prosesi var ki, bu da Nizamnamədə göstərildiyi kimi, sədr, siyasi şura tərəfindən həyata keçirilə bilər. Eləcə də üzvlərinin 2/3 tərəfindən qurultay çağırıla bilər. O baxımdan da bu qərar verildikdən sonra qurultaya da hazırlıq işləri gedəcək. Təbii ki, bu da sırf seçki ilə bağlı olan bir prosesdir. Biz adətən seçkini üç istiqamətdə həyata keçiririk. İlkin mərhələdə həyata keçirilən konfranslardır, partiyanın maddi-texniki bazasının möhkəmləndirilməsidir, qərargahların iş şəraitinin yaxşılaşdırılmasıdır, işçilərin təhsili, iş qabiliyyəti ilə bağlı testlərdən keçirilməsidir.
Bəzən görürsən ki, seçki elan olunur, amma bəzi qüvvələr hələ də namizəd müəyyənləşdirməyiblər və sonradan hay-küy salmağa başlayırlar ki, biz az səs topladıq. Bunu istənilən Qərb ölkəsində desən onu gülməli qarşılayarlar. Məsələn, ABŞ-da, Avropada 3 il qabaqcadan namizədin kim olacağı müəyyən olunur. Azərbaycanda isə müəyyən təşkilatlar, qurumlar var ki, seçki elan olunur, amma namizədin kim olduğu bilinmir. Namizədin irəli sürülməsinə beş gün qalmış namizəd irəli sürürlər və sonradan başlayırlar ki, iqtidar bizə mane oldu və biz imza toplaya bilmədik.
- Siyavuş müəllim, cəmiyyət tərəfindən qəbul olunmayan müxalifət də seçkilərə hazırlaşır. İddialar var ki, guya onlar vahid namizədlə seçkiyə qatılacaqlar. Sizcə, bir-birini qəbul etməyən partiya sədrlərinin vahid namizəd müəyyənləşdirməsi nə dərəcədə mümkündür?
- Azərbaycan müstəqilliyini əldə etdikdən bu günə kimi bunlar arasında vahid namizəd məsələsi həll olunmayıb. Vaxtilə hamısının üzdə qəbul edib, daxildə qəbul etmədiyi Elçibəyin vaxtında belə onlar bu şəxsin vahid namizəd olmasına qarşı çıxdılar. İndiki dövrdə isə onlar tamam başqa-başqa düşüncə tərzində, qütblərdə olan insanlardır. Müxalifət yekcins deyil. Yəni parlament və parlamentdən kənar müxalifət var, eləcə də xalqına, dövlətinə, dövlətçiliyinə qarşı olan müxalifət var. Bunların bir hissəsi xaricdən tapşırıqlar alır və o istiqamətdə fəaliyyətlərini qururlar. Digərlərində sosial baza, elektorat olmadığına görə ümumi bəyanatlarla kifayətlənirlər. Mən mətbuatı izləyirəm və hələ də görmədim ki, müxalifət seçkilərlə bağlı hansısa hazırlıq işinə başlasın. Halbuki bunların əsas işi seçkidir. Biz nəzərə almalıyıq ki, parlament və digər seçkilərdən fərqli olaraq prezident seçkiləri həm o partiya sədrinə partiya üzvlərinin, həm də cəmiyyətin göstərdiyi etimaddır. Bu gün cəmiyyət ortaya çıxarılan proqram, görülən işlərə, aparılan siyasətə səs verir. Seçki elementlərindən ən vacibi canlı ünsiyyətdir. Çünki canlı ünsiyyətdə qarşındakını daha çox inandıra bilirsən. Amma canlı ünsiyyətlə xeyli insanı bir yerə toplamaq da mümkün deyil. Ən azından zaman buna imkan vermir. Amma internet, sosial şəbəkələr vasitəsilə istənilən proqramı, layihəni, fikri, rəyi insanlara asanlıqla çatdırmaq olar. Məsələn görürsünüz ki, insanlar mitinqlərə, aksiyalara artıq gəlmir. Yağışın, qarın altında mitinqlərə gəlməkdənsə insanlar evlərində oturub internet vasitəsilə hadisələri izləyirlər. Bu üstünlüklər var. Biz də maksimum çalışacağıq ki, bu üstünlüklərdən istifadə edək.
- Mollalara maaşların verilməsi ilə bağlı qərarı müxalifət dövlətin dinə müdaxiləsi kimi qiymətləndirməyə çalışır. Müxalifətin qərəzli mövqe sərgiləməsinə səbəb nədir?
- İlk növbədə, bu məsələ hələ öz həllini tapmayıb. Sadəcə olaraq bu fikir və rəydir. Mollalar cəmiyyət üzvləri ilə ən çox ünsiyyətdə olan insanlardır. Bildiyiniz kimi din dövlətdən ayrıdır. Hesab edirəm ki, çox düzgün olardı ki, biz bunu hansısa formada (sponsorlar, dövlətin ayırdığı maddi yardımlarla və s.) həyata keçirək. Axı necə olur ki, dövlət qəzetlərə, qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara maliyyə yardımı ayırır və bu vəsaitin daha da artırılmasını istəyirik, amma inanclı insanlara maliyyə ayrılanda onu süngü ilə qarşılayırıq? Əksinə dünyanın hər bir yerində ayrı-ayrı imkanlı şəxslər bu cür məsələlərdə yaxından köməklik edirlər. Baxın, bir məscidin kommunal xərclərinin ödənilməsi neçəyə başa gəlir? Bunun haradansa qazanc əldə etmək imkanı yoxdur. Bəs onda nə etməli? Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi bununla ciddi məşğul olur və analiz, təhlillər aparır. Bu gün bir məscidin tək elə kommunal xərcləri 10 min manat pul tələb edir. İndi təsəvvür edin hansısa nəzir, ianələrlə bunu əldə etmək mümkündürmü? Təbii ki, xeyr. Bu gün məscidlərdə ən çox nəzir yığılan müddət Aşura günüdür. Mən bir faktı qeyd edim, Azərbaycanda ən böyük məsciddə Aşura günü yığılan ianənin miqdarı 8 min manat təşkil edib. Hesab edirəm ki, yanaşma tərzi düzgün olmalıdır. Əgər orada hər şey yaxşı səviyyədə qurulsa, bizim gənclər də düzgün dini tərbiyə alıb başqa-başqa ekstremist qruplara qoşulmazlar.
Xəbər lenti
Hamısına baxMaraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17

