2017-ci ildə Azərbaycanda iqtisadi və sosial infrastruktur layihələri uğurla icra edilib
18.01.2018 [10:01]
Prezident İlham Əliyev: Biz bütövlükdə əsas infrastruktur layihələrinin icrası istiqamətində qarşımızda duran hədəfə, demək olar ki, çatırıq
Artıq tarixə dönən 2017-ci ilin uğurlu nəticələrini həmçinin infrastruktur quruculuğu sahəsində də müşahidə etmək mümkündür. İl ərzində bütün ölkə boyu iqtisadi və sosial infrastruktur layihələri uğurla icra edilib. Respublikada infrastruktur təminatının möhkəmlənməsi isə öz növbəsində bir tərəfdən əhalinin rifah halının yaxşılaşmasına, digər tərəfdən isə iqtisadi aktivliyin artmasına müsbət təsir göstərir. Əlçatan xidmətlərdən, yüksək səviyyəli kommunal rahatlıqlardan məmnun qalan insanlar öz doğma yurd yerlərinə daha möhkəm tellərlə bağlanırlar. Beləliklə, bütün ölkə boyu arzuolunmaz miqrasiyanın qarşısı alınır. Bundan başqa, özəl bölmə təmsilçiləri dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan infrastrukturdan bəhrələnərək müxtəlif istiqamətlərə məmnuniyyətlə sərmayələr yönəldirlər, yeni müəssisələrin, təsərrüfatların yaradılmasına böyük təşəbbüs göstərirlər.
Əlamətdar haldır ki, Prezident İlham Əliyev ölkədə infrastruktur layihələrinin icrasını ciddi nəzarətdə saxlayır. 2017-ci ildə dövlət başçısı 30-dan çox rayona səfər edib, yeni müəssisələrin, infrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində şəxsən iştirak edib, bölgələrdəki vəziyyətlə əyani şəkildə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bildirıb ki, keçən il infrastruktur layihələrinin icrası üçün böyük vəsait ayrılmışdır və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Ölkədə infrastruktur quruculuğu sahəsində əldə olunan uğurlardan məmnunluq ifadə edən dövlət başçısı vurğulayıb: “Biz bütövlükdə əsas infrastruktur layihələrinin icrası istiqamətində qarşımızda duran hədəfə, demək olar ki, çatırıq”.
Ölkənin enerji təchizatı sənayenin və kənd təsərrüfatının artan tələbatına uyğun şəkildə getdikcə daha da gücləndirilir
Müstəqil Azərbaycanın son 14 ildəki sürətli inkişafını həmçinin elektroenergetika sistemindəki yeniliklərin timsalında da aydın şəkildə görmək mümkündür. Qürur hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı sayəsində bütün ölkə boyu son dərəcə müasir elektroenergetika infrastrukturu qurulub. Maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən də innovativ yeniliklərin tətbiqi həm enerji istehsalı obyektlərini, həm də ötürücü və paylayıcı şəbəkələri əhatə edir. Həyata keçirilən yeni layihələrin sayəsində paytaxt Bakıda olduğu kimi, regionlarda da istehlakçıların elektrik enerjisi ilə təchizatında ciddi keyfiyyət dəyişikliyi baş verib. Hazırda Azərbaycanın ən ucqar kəndlərinə belə dayanıqlı enerji ötürülməsində hər hansı bir problem yaşanmır. Prezident İlham Əliyev ölkədə elektrik təchizatının yüksək səviyyəyə qaldırılmasını sürətlə artan sənaye və kənd təsərrüfatı potensialının tələb etdiyini diqqətə çatdıraraq vurğulayıb: “Elektrik təchizatı yaxşılaşdırılmışdır, bir çox bölgələrdə yeni yarımstansiyalar işə düşmüşdür. Bizim sürətlə artan sənaye və kənd təsərrüfatı potensialımız tələb edir ki, elektrik təchizatının inkişafı daim diqqət mərkəzində olsun”.
Son 14 ildə yaradılan yeni generasiya gücləri ölkənin elektroenergetika potensialının armasında, əhali və qeyri-əhali sektorunda abonentlərin dayanıqlı enerji təminatında mühüm rol oynayır. 2004-cü ildən bəri respublikamızda ümumi istehsal gücü 2400 meqavat olan 26 elektrik stansiyası tikilib, həmçinin çoxlu sayda yarımstansiya istismara verilib, yeni elektrik verilişi xətləri çəkilib. Yeni çəkilən xətlər hesabına respublika ərazisində yüksək gərginlikli ötürmə xətlərinin ümumi uzunluğu 7600 kilometri ötüb. Nəticədə, Azərbaycanın enerji təminatı əhəmiyyətli dərəcədə möhkəmlənib. Qürurverici haldır ki, hazırda ölkəmiz həm daxili enerji istehlakını bütünlüklə yerli istehsal hesabına təmin edir, eyni zamanda, bu sahədə özünün ixrac imkanlarını daha da artırır. Hazırda Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən respublikada kiçik su elektrik stansiyalarının geniş tətbiq edilməsinə böyük diqqət göstərilir. Bu məqsədlə indiyədək 12 su elektrik stansiyası istifadəyə verilib və daha beş stansiyanın inşası davam etdirilir.
Çox ciddi sosial və iqtisadi önəm daşıyan elektroenergetika sahəsində yeni generasiya güclərinin yaradılması, infrastrukturun yenilənməsi, innovativ texnologiyaların tətbiqi artıq öz bəhrəsini verir. Bu barədə söhbət açarkən istehsal həcmlərinin artmasını xüsusi qeyd etmək lazımdır. “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin məlumatına əsasən, 2017-ci ildə istehlakçılar tələbatlarına uyğun həcmdə fasiləsiz elektrik enerjisi ilə təmin ediliblər. Bütövlükdə il ərzində respublikamızda elektrik enerjisinin istehsalı 21,8 milyard kilovat-saat təşkil edib. Bunun 20,2 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 1,6 milyard kilovat-saatı isə su elektrik stansiyalarının payına düşüb.
İstehsalın artırılması ilə paralel şəkildə, ölkə üzrə paylayıcı şəbəkədə də intensiv şəkildə yeni layihələr reallaşdırılır. Ötən 11 ildə “Azərişıq” ASC-nin balansındakı paylayıcı elektrik şəbəkələrində 40 ədəd 110 kV-luq yeni yarımstansiya tikilib. Yeni inşa edilmiş 35 kV yarımstansiyaların sayı isə 141-ə çatır. 2006-2017-ci illərdə 4894 transformator və komplekt transformator məntəqəsi inşa olunub. 577514 dayaq quraşdırılıb, 45818 kilometr uzunluğunda hava və kabel xətti çəkilib. Silsilə və kompleks tədbirlər hesabına “Azərişıq” ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər 9,9 faizə endirilib.
2017-ci ildə 1300 kilometr avtomobil yolu salınıb ki, bu da çox böyük göstəricidir
Məlumdur ki, əlverişli coğrafi mövqeyə, quru və su sərhədlərinə, eləcə də möhkəm daxili sabitliyə malik olan Azərbaycan beynəlxalq daşımalar üçün son dərəcə cəlbedici məkandır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi ölkəmizin tranzit daşımaları baxımından önəmini artırır.
Azərbaycan əlverişli coğrafi mövqeyindən istifadə edərək malik olduğu tranzit-logistika imkanlarından daha səmərəli istifadə etmək üçün nəqliyyat sektoruna çox ciddi önəm verir, bu sahədə müasir infrastruktur yaradılmasına böyük həcmlərdə sərmayələr yönəldir. 2004-cü ildən bu günə qədər Azərbaycanda 11 min kilometr avtomobil yolu tikilib, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Respublikamızda istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə görülən işlərin miqyası kifayət qədər genişdir.
Qeyd olunan marşrutlar üzrə yol-nəqliyyat infrastrukturunun yüksək standartlar səviyyəsində yenidən qurulması ölkəmizin tranzit imkanlarını genişləndirdiyi kimi, həmçinin daxili yük və sərnişin daşımalarının səmərəliliyinin artmasına müsbət təsir göstərir. Yolların rahatlığı insanlarda böyük məmnunluq yaradır.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı qarşıya qoyulan mühüm hədəflərdən biri isə kənd yollarının abadlaşdırılması ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında kənd yollarının yenidən qurulması ilə bağlı geniş tədbirlər öz əksini tapıb. İndiyədək bəhs olunan Dövlət proqramlarına uyğun olaraq ölkə ərazisində yüzlərlə kənd yolu abadlaşdırılıb, belə layihələrə ayrılan vəsaitin həcmi əhəmiyyətli dərəcədə artırılıb. Kənd yollarının abadlaşdırılması baxımından 2017-ci il də istisna təşkil etməyib. İl ərzində şərti “40 yol” adlandırılan, əslində isə daha çox kəndi əhatə edən layihə uğurla icra edilib. 2017-ci ildə respublika ərazisində 1300 kilometr yol salındığını diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, bu, çox böyük göstəricidir: “2017-ci ildə 1300 kilometr avtomobil yolu salınmışdır. Bu da çox böyük göstəricidir. Beş yüzdən çox kəndə yeni yol salınmışdır. Biz ilin əvvəlində bəyan etmişdik ki, şərti olaraq 40 kənd yolu layihəsini icra edəcəyik, ancaq hər bir layihənin əhatə dairəsi çox genişdir. Biz il ərzində yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayırdıq və beləliklə, 500-dən çox kəndə yeni gözəl yol salınıbdır”.
Sosial infrastrukturla bağlı çox ciddi addımlar atılması ölkəmizi fərqləndirən mühüm cəhətlərdən biridir
Azərbaycanın müasir simasını səciyyələndirən əsas cəhətlərdən biri də bütün ölkə boyunca yüksək səviyyəli sosial infrastruktur obyektlərinin yaradılması ilə bağlıdır. Son 14 ildə müvafiq Dövlət proqramları çərçivəsində bütün ölkə boyu 600-dən çox tibb oçağı tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Ən yüksək standartlar səviyyəsində qurulan və müasir avadanlıqla təchiz edilən bu tibb ocaqlarında müxtəlif xəstəlikləri müayinə və müalicə etmək mümkündür. Regionlarda istifadəyə verilən yeni tibb ocaqlarında əhaliyə yüksəkkeyfiyyətli səhiyyə xidməti göstərilir.
2017-ci ildə yüksək səviyyədə yenidən qurularaq istifadəyə verilən tibb ocaqlarından biri də Neftçala Mərkəzi Rayon Xəstəxanasıdır. Prezident İlham Əliyev 2017-ci ilin sentyabrında regionlara səfəri çərçivəsində bəhs olunan xəstəxananın əsaslı şəkildə yenidən qurulmasından sonra istifadəyə verilməsi mərasimində şəxsən iştirak edib və burada yaradılan şəraitlə tanış olub. Xəstəxanadakı 11 şöbədə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkündür.
Ötən il həmçinin Masallı Rayon Mərkəzi Xəstəxanası əsaslı təmirdən sonra qapılarını yerli sakinlərin üzünə açıb. 1986-cı ildə 5,70 hektar ərazidə inşa edilmiş tibb ocağı 10 korpusdan ibarətdir. 206 həkim, 454 orta tibb işçisi, 326 kiçik tibb işçisi olmaqla, ümumilikdə, xəstəxanada 986 tibb işçisi çalışır. Tibb müəssisəsi 223 min əhaliyə lazımi tibbi xidmət göstərir.
Bölgələrdə yeni məktəblərin tikintisinin və yaxud əsaslı şəkildə yenidən qurulmasının intensiv hal alması da ölkəmizdə sosial infrastruktur quruculuğuna yaxşı nümunədir. Son 14 ildə Bakı şəhərində və respublikanın bölgələrində 3000-dən çox yeni məktəb tikilib və yaxud əsaslı təmir edilib. Bunun nəticəsində təxminən 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb. Ölkədə 2017-ci ildə sosial infrastrukturla bağlı çox ciddi addımlar atıldığını nəzərə çatdıran dövlət başçısı vurğulayıb: “Sosial infrastrukturla bağlı çox ciddi addımlar atılmışdır - 133 yeni məktəb tikilmişdir, 14 məktəb əsaslı təmir edilmişdir, 500-ə yaxın məktəbdə isə cari təmir aparılmışdır. Otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilmişdir. İki Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31

