/ / Xarici işlər nazirlərinin Krakov görüşündə həmsədrlər tərəfindən bir sıra kreativ fikirlər irəli sürülüb
Xarici işlər nazirlərinin Krakov görüşündə həmsədrlər tərəfindən bir sıra kreativ fikirlər irəli sürülüb
20.01.2018 [01:14]
2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yeni mərhələnin başlanğıcı qoyula bilər
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizin xarici siyasət kursunun əsas prioritetidir. Ölkəmizin əldə etdiyi sürətli iqtisadi inkişaf və sosial yüksəliş, o cümlədən siyasi sabitlik respublikamızın beynəlxalq miqyasda nüfuzunun artmasına, Azərbaycanın münaqişənin həllindəki mövqeyinin daha yüksək səviyyədə dəstəklənməsinə yol açıb. Bu məqamda vurğulamaq lazımdır ki, 2018-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar öz aktuallığını qorumaqdadır. Belə ki, yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Polşanın Krakov şəhərində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü olub. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edib. Görüşlə bağlı fikirlərini bölüşən Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlər tərəfindən bir sıra kreativ fikirlərin irəli sürüldüyünü bildirib. Nazir qeyd edib ki, bu ideyalar əsasında müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər: “Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”.
Ümumiyyətlə, Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi hər zaman qəti və dəyişilməzdir - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri əsasında həll edilməlidir. Ölkə Prezidentinin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində aşkar şəkildə önə çıxmasını təmin edib. Artıq bir sıra ciddi beynəlxalq təşkilatlar Ermənistanın işğalçı siyasət apardığını açıq şəkildə bəyan edir, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini yeganə həll variantı kimi irəli sürürlər. Təbii ki, burada Azərbaycanın öz mövqeyindən geri çəkilməməsi, Ermənistanın cəbhə xəttində yaratmağa çalışdığı təxribatlara layiqli şəkildə cavab verməsi də öz sözünü deyir.
Ən əsası isə, münaqişənin həllində vasitəçi rolunda çıxış edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin münaqişənin həlli ilə bağlı mövqeyi artıq aydınlaşmaqdadır. Belə ki, bəzi məqamlarda həmin ölkələrin rəsmilərinin və ya ATƏT-in Minsk qrupundakı təmsilçilərinin qeyri-müəyyən fikirləri vasitəçidən çox tərəf kimi qiymətləndirilirdisə, artıq verilən son açıqlamalar bunun əksini göstərir. Məsələn, münaqişənin həllində rola malik olan ölkələrdən biri sayılan, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərindən olan Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun münaqişənin mərhələli həll yolunu vurğulaması bunu deməyə əsas verir. S.Lavrov 2018-ci ildə danışıqlara yeni impulsların daxil ola biləcəyinə işarə etməklə rəsmi Moskvanın münaqişənin həllində maraqlı olduğunu vurğulayıb. Nəzərə alsaq ki, bir neçə gün öncə BMT-nin baş katibi Antonio Quterreş problemin həlli ilə bağlı çağırışlar etməklə, ötən il isə Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı sənəd qəbul etməklə və ölkəmizlə yaxın əməkdaşlığın daha yüksək səviyyədə inkişafında maraqlı olduğunu göstərməklə həm də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini ortaya qoyub. Bu isə o deməkdir ki, digər həmsədr ölkələrin artıq məsələyə daha ciddi şəkildə münasibət bəsləməli olduğu zaman yetişib. Bütün bu nailiyyətlərin kökündə isə ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu dayanır.
Eləcə də Azərbaycanın son bir neçə ildə Cənubi Qafqazın aparıcı siyasi-iqtisadi aktoruna çevrilməsi, bir sıra qlobal miqyaslı layihələrin reallaşmasında birmənalı şəkildə təşəbbüskar rolunda çıxış etməsi ölkəmizin beynəlxalq nüfuzunun da artmasında öz sözünü deyir. Belə ki, Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı, yeni qaz xətlərinin çəkilişi və digər bu kimi vacib məqamlar Ermənistanın dalana dirənməsi ilə nəticələnib.
Bununla yanaşı, Azərbaycan ordusunun gücü, 2016-cı ildə Ermənistanın cəbhə xəttində törətdiyi təxribatların qarşısının Silahlı Qüvvələrimiz tərəfindən uğurla alınması, işğal altında olan bir sıra torpaqlarımızın işğaldan azad edilməsi düşmən tərəfi növbəti dəfə düşünməyə və danışıqlar masasına geri qayıtmağa vadar etdi. Təcavüzkar ölkə artıq Azərbaycanın öz ərazi bütövlüyünü tam təmin etmək gücündə olduğunu bilir və dərk edir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21

