Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan dünyanın ən yaxşı ölkələrinin reytinqində beş pillə irəliləyib

Azərbaycan dünyanın ən yaxşı ölkələrinin reytinqində beş pillə irəliləyib

24.01.2018 [10:10]

ABŞ-ın “U.S. News & World Report” jurnalı 2018-ci il üçün dünyanın ən yaxşı ölkələrinin siyahısını dərc edib. Azərbaycan reytinqdə beş pillə irəliləyib.
AZƏRTAC xəbər verir ki, ölkəmiz reytinq cədvəlində 2017-ci ildəki 69-cu yerdən 64-cü yerə yüksəlib.
Cədvəldə liderlər demək olar dəyişməyib: ilk beş yeri İsveçrə, Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutub.
Reytinq ekspertlərin 36 ölkədən 21 min nəfər arasında keçirdikləri sorğunun nəticələri əsasında tərtib olunub. Ölkələr turizm baxımından cəlbediciliyi, təbiətinin gözəlliyi, siyasi nüfuzu, təhsilin səviyyəsi və digər amillər üzrə qiymətləndirilib.

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30