Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dağlıq Qarabağ münaqişəsi nəinki ölkəmizi, eləcə də regionu ciddi təhdid altında saxlayır

Dağlıq Qarabağ münaqişəsi nəinki ölkəmizi, eləcə də regionu ciddi təhdid altında saxlayır

30.01.2018 [10:02]

Yanvarın 29-da Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, portuqaliyalı deputat Duarte Paçeko ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Valeh Ələsgərov ölkəmizdəki ictimai-siyasi vəziyyət, söz və mətbuat azadlığı, tolerant mühit, demokratiyanın təməl prinsiplərinin və insan hüquqlarının qorunması barədə ətraflı söhbət açıb.
Vitse-spiker qonağa Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib. O, münaqişənin nəinki ölkəmizi, eləcə də regionu ciddi təhdid altında saxladığını, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin zəbt olunduğunu, 1 milyondan çox soydaşımızın öz doğma yurd-yuvasında qaçqın və məcburi köçkünə çevrildiyini deyib. Valeh Ələsgərov bəzən beynəlxalq təşkilatların ölkəmizə ikili standartlardan yanaşdığını da diqqətə çatdırıb və Avropa ailəsinin üzvü olan Azərbaycan üçün bunun yolverilməz olduğunu vurğulayıb.
Portuqaliyalı deputat Duarte Paçeko Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu” barədə ətraflı məlumat verib. Bildirib ki, “12 Plyus Geosiyasi Qrupu” Qərb modelinə əsaslanan bir qurumdur. Qrup insan hüquqları, demokratiya, qanunun aliliyi prinsiplərinə həssaslıqla yanaşır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 487 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30