/ / Siyavuş Novruzov: Siyasi baxışlarına görə və yaxud mətbuatda hansısa çıxışına, yazısına görə heç kəs məsuliyyətə cəlb olunmur
Siyavuş Novruzov: Siyasi baxışlarına görə və yaxud mətbuatda hansısa çıxışına, yazısına görə heç kəs məsuliyyətə cəlb olunmur
22.02.2018 [10:00]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov “Amerikanın Səsi”nə müsahibəsində gözlənilən amnistiya aktı və əfvdən danışıb:
- Siz amnistiya aktı haqqında qanun qəbul edilməsi təşəbbüsü ilə çıxış etmisiniz. Amnistiya aktı kimlərə aid edilə bilər?
- Qanunvericiliyə uyğun olaraq, hər bir deputat qanunvericilik təşəbbüsü ilə çıxış edə və amnistiya aktı təqdim edə bilər. İndi Cümhuriyyətin yüz illiyinin olduğuna, cənab Prezident Cümhuriyyətə çox yaxından diqqət göstərdiyinə, 100 illiyinin keçirilməsi ilə bağlı geniş Sərəncam imzaladığına görə mən parlamentdə məsələ qaldırdım ki, biz hamımız cənab Prezidentdən xahiş edək ki, O, Özü parlamentə belə bir qanun layihəsi təqdim etsin. Burada da söhbət ondan gedir ki, bu amnistiya aktı digərlərindən fərqlənsin. Fərqlənməsi ilə bağlı iki səbəb göstərmişik. Birinci səbəb Cümhuriyyətin 100 illiyi, ikinci səbəb Ümummilli liderin anadan olmasının 95 illiyi ərəfəsidir. Amnistiya maddələrə (Cinayət və İnzibati Xətalar Məcəlləsinin maddələri nəzərdə tutulur - red.) əsaslanaraq edilir, lakin amnistiya aktının preambulasında müddəalar və prinsiplər göstəriləndə o adamlar avtomatik olaraq amnistiyaya düşə bilirlər. Azərbaycanın müstəqilliyinin 27-ci ildönümüdür. Müstəqillik, ərazi bütövlüyü uğrunda vuruşmuş insanlar sonradan hansı cinayət törətməsinə baxmayaraq (ehtiyatsızlıqdan, qəsdən, başqalarının təhriki ilə cinayət edənlər var), amnistiya düşməlidir. Qadınlar var ki, yaşı 60-ı keçib, himayəsində azyaşlı uşaqlar var, həmçinin məsuliyyətə cəlb olunandan sonra dünyaya uşaq gətirib (sayı da azdır, 12-15 nəfər belə insan var). Düzdür, həbsxanada bunlar üçün şərait yaradılıb, ayrıca yaşayırlar, bağçaları var, amma bununla yanaşı, o uşağın günahı nədir? Hər hansı bir cinayət törətmədən doğulandan məhbus həyatı yaşayır. Bu cür insanların amnistiyaya düşməsi vacibdir. Gender bərabərliyi deyirlər, 70 və yuxarı yaşda olan kişilərə də hansı cinayət törətməsindən asılı olmayaraq, amnistiya aktının şamil olunması mümkündür. Azərbaycanda dini qruplaşmalara qoşulanlar var, onları çıxmaq şərti ilə, dindarlara da amnistiya tətbiq edilə bilər, düzdür, onları yoldan çıxarıblar.
Cihad etmək istəyənlər gedib Dağlıq Qarabağda cihad eləsin və yaxud gedib Azərbaycanın ərazisini işğal edənlərə, Xocalı soyqırımını törədənlərə qarşı mübarizə aparsın. Lakin görürsən ki, bəzi insanlar din pərdəsi altında gedib xarici ölkələrdə döyüşlərə qoşulurlar. Bu insanları çıxmaq şərti ilə, din pərdəsi altında olan müxtəlif cərəyanları, təxribatçı qrupları da ora daxil etmirəm. Amma elə mömin insanlar var ki, ehtiyatsızlıqdan avtomobildə qəza törədib və yaxud da naşılığından istifadə olunub, hansısa bir sənədə qol çəkib. Bu cür inanclı insanlara da tətbiq olunması pis olmaz. Gənclər var, hansı ki, öyrədiblər, gəncdir, beynini doldurublar, öz uşaqlarını qaçırıblar xaricdə təhsil aldırırlar, başqasının uşaqlarını tökürlər küçələrə və deyirlər ki, get qanunu poz. Mənim xatirimdədir, Azərbaycanda bir neçə xarici ölkənin səfiri var idi, biri elə Norveçin səfiri Steynar Gil, deyirdi ki, siz universitetlərə qarşı çıxış edin, qanunu pozun, sizi azad etsələr, Avropada təhsil almağınıza kömək edəcəyik. O cür gənclər var, hansı ki, Əli Kərimlidir, başqalarıdır, beynini doldurub yoldan çıxarıb. Özlərininkini gizlədib, bunları qabağa verib. Bunlar da özləri bilmədən qanunu pozublar. İndi bunların gələcək həyatı qabaqdadır. Mən hesab edirəm ki, belə gənclərin də azad edilməsi məqsədəuyğun ola bilər. Son olaraq da əsasən bəzi Avropa təşkilatları, o cümlədən bəzi qeyri-hökumət təşkilatları bu və ya digər formada Azərbaycana təzyiq göstərib güzəştli şəkildə Azərbaycanın təbii sərvətlərindən bəhrələnmək üçün müxtəlif ad atırlar ortaya, siyasi məhbus və s. Azərbaycanda siyasi məhbus heç vaxt olmayıb və yoxdur. Siyasi baxışlarına görə və yaxud mətbuatda hansısa çıxışına, yazısına görə heç kəs məsuliyyətə cəlb olunmur. Azərbaycanda ancaq bu və ya digər şəkildə cinayət törətmiş şəxslər var ki, onlar hansı partiyanın üzvü olmasından asılı olmayaraq, məsuliyyətə cəlb olunur.
Partiyalılığı onu xilas etmir. Bax belə adamlara artıq siyasi məhbus yox, siyasiləşdirilmiş məhbus deyirlər. Görürsən, saxta şəkildə onlara arayış verirlər. Bir arada yunuslar bunları alver mənbəyinə çevirmişdi, onların adını siyahıya salmaqla valideynlərindən pul alıb Avropanın hər bir ölkəsində özlərinə villalar alıblar, tikiblər. Bu kateqoriyada olan adamlar var ki, onların barəsində artıq mətbuatda da kifayət qədər yazılıb. Bu adamlardan, onların adından istifadə edirlər. Törətdikləri cinayəti kənara qoyurlar, onların pozduğu hüquqlar kənarda qalır, başlayırlar partiyalılığını axtarmağa. Bu bəhanələrə birdəfəlik son qoymaq üçün Avropa Şurasının, Avropa Parlamentinin, erməni lobbisi tərəfindən öyrədilmiş deputatların əlindən o silahı almaqdan ötrü o cür adamların hamısını bir qərarla azad edib, bundan da qurtaraq. Görək, bundan sonra nə istəyəcəklər. Bax budur prinsip etibarı ilə ortaya qoyulan əsas məsələlər.
- İndi həm amnistiya, həm də əfv olacaq? Belə başa düşmək olarmı?
- Mən onu deyə bilmərəm. Bu qərarı nə verən, nə də qəbul edən mən deyiləm. Əfvi cənab Prezident edir, amnistiyanı isə parlament qəbul edir. Biz ideya, fikir, təşəbbüs irəli sürürük. Bunun reallaşması üçün hüquqi mexanizm var və buna uyğun olmalıdır.
- Təxminən nə vaxta təsadüf edə bilər?
- Təşəbbüs baş tutacaqsa, amnistiyanı mayda edə bilərik. Amma cənab Prezident istənilən vaxt əfv edə bilər.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21

